Diyallı kəndində paralimpiyaçılarla görüş keçirilib

23 oktyabr 2017-ci il tarixdə İsmayıllı rayonunun Diyallı kənd tam orta məktəbində, kişilər arasında pauerliftinq idman növü üzrə Azərbaycan çempionatında II-yeri tutmuş Diyallı kənd sakinləri Şakir Ömərov və Aynur Fərzəliyevlə görüş keçirilib.
Diyallı kəndində paralimpiyaçılarla görüş keçirilib
Tədbiri Diyallı kənd tam orta məktəbinin direktoru Şəmsiyyə Əhmədova açıb, idmançıları və iştirakşıları salamlayıb, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov ölkə prezidenti cənab İlham Əliyevin idman sahəsinə diqqət və qayğısından danışıb. .
İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov, Cüdo Federasiyasının regiondakı nümayəndəsi Əkbər Şəfaqətov, RİH başçısının Diyallı kənd İƏD üzrə nümayəndəsi Rəfail Məmmədov idmançıları təbrik etdib, onlara gələcək yarışlarda uğurlar arzulayıblar.
Tədbirin sonunda Cüdo Federasiyasının İsmayıllı regional bölməsi idmançılara hədiyyələr, Gənclər və İdman İdarəsi Fəxri fərman və pul mükafatı təqdim edib.
Xəyyam Məmmədov

Şərh Yaz