Г‡empionatın rayon seçim turu keçirilib

3 noyabr 2017-ci il tarixdə İsmayıllı Rayon Gənclər Mərkəzində Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsi və İsmayıllı İntelektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə 9 Noyabr – Bayraq Gününə həsr olunmuş “Xəmsə” milli intellektual oyunu üzrə Azərbaycan çempionatının rayon seçim turu keçirilib.
Tədbiri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq iştirakçıları salamlayıb. 9 Noyabr – Bayraq Günü haqqında ətraflı məlumatla çıxış edib. İştirakçılara uğurlar arzulayıb.
Г‡empionatın rayon seçim turu keçirilib
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Rəna Mirzəyeva intellektual oyunların təhsillə əlaqəsindən, məktəbli psixologiyasına intellektual oyunların təsir gücündən söz açıb. O da öz növbəsində iştirakçılara xoş arzularını çatdırıb.
İsmayıllı İntellektual Oyunlar Klubunun üzvü Azad Manaflı oyunun qaydalarını iştirakçıların diqqətinə çatdırıb və oyuna start verilib.
Seçim turunda 18 komanda iştirak edib. Gərgin intellekt çəkişməsində üç komanda finala vəsiqə qazanıb. Seçim turunun nəticələrinə daha güclüləri –“ bilikliləri müəyyən edib. Belə ki, 3 nömrəli məktəb-liseyin “Error” komandası birinci, Diyallı kənd tam orta məktəbinin “Ozan” komandası ikinci Topçu kənd tam orta məktəbinin “Turan” komandası üçüncü yeri qazanıb. Hər üç komandanın heyəti rayon Gənclər və İdman İdarəsinin Diplomları ilə təltif olunublar.
Kamilə Bağırova

Şərh Yaz