Baş redaktordan: Yeni rubrika: Dil ayrıdır, el birdir

Multikulturalizm artıq ümumişlək sözə çevrilməklə hamı tərəfindən anlaşılan ifadə kimi qəbul olunmaqdadır. Azərbaycanın dünyada multikulturalizmin beşiyi kimi tanınması bir vətəndaş olmaqla hər birimizə qürur hissi yaşadır. Bununla bərabər, sakini olduğumuz İsmayıllı rayonunda multikultural dəyərlərin daha qabarıq şəkildə özünü büruzə verməsi faktı kimliyimizə fərqli müsbət keyfiyyətlər əlavə edir.Baş redaktordan:   Yeni rubrika: Dil ayrıdır, el birdir
İsmayıllı Azərbaycanın mirvarisi olmaqla, həm də unikal multikultural bölgədir. Burada zaman-zaman müxtəlif dilin, dinin, millətlərin və etnik qrupların nümayəndələri birgə yaşamış, eyni ölkənin vətəndaşları olmalarından qürur duymuşlar. Bu müxtəlifliyin vəhdəti ta qədimdən bu vəhdəti yaradanların gündəlik həyatı, birgəyaşayış tərzi olmaqla bu gün multikulturalizm adlandırılan və bəşəri düşüncə sahibləri tərəfindən bəyənilən faktora çevrilmişdir.
Sevindirici və təqdirəlayiq hal odur ki, tarixi dəyişkənliklərə baxmayaraq eyni məkanda yaşayan müxtəlif tərəflər ata-babalarından qalan adət-ənənələri, dili, dini və digər müxtəlif milli-mənəvi dəyərləri qoruyub saxladıqları kimi, şifahi və yazılı ədəbiyyatlarını yaşadıb inkişaf etdirməyə də vaxt ayırıblar.
Respublikamızda olduğu kimi, doğma İsmayıllımızda da müxtəlif dil mənsubları danışıq dillərini qorumaları ilə bərabər doğma dildə fərqli ədəbi nümunələr yaratmış və yaratmaqdadırlar.
“İsmayıllı xəbərləri” qəzetində açdığımız “Dil ayrıdı, el birdi” adlı yeni rubrika vasitəsi ilə sözügedən ədəbi nümunələrdən seçmələri vaxtaşırı olmaqla oxucularımızın diqqətinə çatdırmağı qərara almışıq.
Xatırladaq ki, artıq nümunə kimi qəbul etdiyimiz missiyanı Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Multikulturalizm ili” kimi elan olunmuş 2016-cı ildən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” adlı ədəbi-bədii, elmi-publisistik jurnal həyata keçirir.
Jurnalın bu sahədəki təcrübəsinə istinad etməklə diqqətinizə çatdırırıq ki, ədəbi nümunələr redaksiyaya orijinal şəkildə və Azərbaycan dilinə tərcümə olunmuş halda təqdim olunmalıdır. Azərbaycan dilindən digər dilə çevrilmiş ədəbi nümunələrin də ikili variantda olması vacibdir. Yazıların həcminə gəldikdə, onların kitab və ya jurnal üçün deyil, bir qəzet səhifəsi üçün olduğuna diqqət edin.
Buyurun! Yazıb-yaratmaq sizdən, yazılarınıza, yaradıcılığınıza yer ayırmaq bizdən.

Musa Yaqub
Baş redaktordan:   Yeni rubrika: Dil ayrıdır, el birdir
Yaqubov Musa Səfiməmməd oğlu 1937-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. 20-yə yaxın kitabın müəllifidir. Əsərləri bir sıra xalqların dilinə tərcümə olunub. M.F.Axundov və R.Rza adına mükafatlara layiq görülüb.

***
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nə o ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi–¦
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir bir xoş baxışa,
Körpə budaq əl açıbdır yağışa.
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim.
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.

***
Leyləkhona tihi munde nüneyi,
İsbih bire zumustuna güneyi.
İcoq suxde, siyə sanqi bineyi
Köyr na ımbı siyə sanqi dinyoha.

Ki mügüyı, ben ataşiş gəri bı,
Girəşdə ruz – rah vir soxda qəribi.
Hiç qəm məni, ay dılmənə səhibi,
Köyr na ımbı siyə sanqi dinyoha.

Be gülgünə xuşa ruzhon sərvəti,
Kırpə toxa, vorışd ləmund sər betı.
Dəhsad vasol kürə vəro, gər vətı,
Köyr na ımbı siyə sanqi dinyoha.

Man rafta rah güvö vərord veruzman,
Dəryohonman lola öyi –“ ba ruzman .
Diyə sevdo ummış məni tı əzman,
Köyr na ımbı siyə sanqi dinyoha.

Ə ö Araz məğnö yovdom, döyısdom,
Г‡unun ma dun dəs kəşirom, beyısdom.
Man sanq bastom bı sər dılman, pöyısdom,
Köyr na ımbı siyə sanqi dinyoha.
(Tat dilinə çevirəni Şahməmməd Dağlaroğlu)

Ağami Bağırlı
Baş redaktordan:   Yeni rubrika: Dil ayrıdır, el birdir
Bağırov Ağami Ağa oğlu 1944-cü ildə İsmayıllı rayonunun Kənəə kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. 2-si tat dilində olmaqla 4 şeir kitabının müəllifidir.
2014-cü ildə vəvat edib.
Pənir

tat dilində

Bəsıfrəhon quceyə mərd,
Qe güftirond betı, pənir!
Sadto qunaq-qərə boşı,
Bırah rafde vetı, pənir!

Şitə ruğan, qeymoq, qatıx,
Bire vese qızıl bolıq.
Biye xəri birim olıx,
Sirr nəbirum aztı, pənir!

Lüləkabob, tikəkabob,
Diyə nısti bekosib bob.
Bəmıx munde şirpəlüf, qob,
Ke sanbiye, gü tı, pənir!?

Tihi munde diyə xizhon,
Nə şir hısti, nəyiş bızhon.
Yofum tıra mügüyüm con,
Koşkəm boşi hə tı, pənir!

Hər çı boşı bısər sıfrə,
Рћş, dığavo, obgüşt, fərə,
Cun dərmuni əsəl-kərə,
Pöydö hısti cötı, pənir!

Pendir

Süfrələrdə qoca kişi,
Г‡ox deyiblər sənə, pendir.
Yüz cürə qonaq-qaraya
Sənlə verdim sinə, pendir.

Kərə yağı, qaymaq, qatıq,
Olub sanki qızıl balıq.
Qanmaza olduq arxalıq,
Г‡əkdin bizi önə, pendir.

Lüləkabab, tikəkabab,
Ola bilmir kasıba bab.
Mıxda qalıb süd süzən qab,
Ötən günün dönə, pendir.

Motallar da boşdu çoxdan,
Keçi yoxsa, südü hardan?.
Səni tapsam, deyərəm: Can!
Gəl, dad gətir mənə, pendir.

Hər nə qoysaq süfrələrə –
Dovğa, plov, hətta fərə,
Can dərmanı –“ balla kərə,
Yerin vardır yenə, pendir.
(Azərbaycan dilinə çevirəni: Şahməmməd Dağlaroğlu)

Şahməmməd Dağlaroğlu
Baş redaktordan:   Yeni rubrika: Dil ayrıdır, el birdir
Soltanov Şahməmməd Nurulla oğlu 1956-cı ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub.
1991-ci ildə Novosibirsk Xalq Təsərrüfatı İnstitutunu bitirib. Uzun illər inşaatçı və müəllim kimi çalışıb.
5 kitabın müəllifidir. Şeirləri “XX əsrin Şirvan şairləri” toplusunda, “Türk dünyası şairlərinin antologiyası”nda və digər almanaxlarda yer alıb.
Ş.Dağlaroğlu “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri, İsmayıllıda çıxan “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Fikirləş

Ay ömrünün gül fəslini yaşayan,
Payız gəldi, qış olmağı fikirləş.
Quş deyilik, biz quşlardan betərik,
Köçəriyik, quş olmağı fikirləş.

Yollar səni yorar, harda “hə” desə,
Yadda saxla, yollar sənə nə desə.
Zirvə görsən, düşmə yersiz həvəsə,
Öz başından baş olmağı fikirləş.

Pillə qalxıb, qatlanmamış diz olmaz,
Üzü düzən dəniz dibi düz olmaz.
Bir olmasa, iki sıfır yüz olmaz,
Dörd dalınca beş olmağı fikirləş.

Dolanmağa yol gərəkdi dolama,
Dolamada ömrü hədər dolanma.
Bulud olma, dolmağına dol, amma,
Dolmamışdan boşalmağı fikirləş.

Gülən üzdə qara qaşlar çatılmaz,
Bəxtli bəxşiş ikinci yol satılmaz.
Tale daşı hara gəldi atılmaz,
Dost əlində daş olmağı fikirləş.

Ay ömrünün gül fəslini yaşayan,
Payız gəldi, qış olmağı fikirləş.
Quş deyilik, biz quşlardan betərik,
Köçəriyik, quş olmağı fikirləş.

Fikir soz

(tat dilində)

Ay ımırə vasolirə zisdəgor,
Poriz bire, zumustuna fikir soz.
Imun quş nim, a quşhoniş bətərim,
Vəssi voxdim xuna-xuna, fikir soz.

İn rahona oxiri ni, qe mə gərd,
Dərdsızhona dərdi beman kələ dərd.
Xuba bəlö qe kəşire xuba mərd,
Be çı doşde tı in cuna, fikir soz.

Sılım vəre, qəd san boşı zunitı,
Hamor nısti bın dəryohon, duni tı.
Yeki nöşte, çətin dəhto xuni tı,
Sıfır bı yek dora nuna fikir soz.

Şəftə raha şəft nare pəs, çı sozi,
Dırıst ə şəft, şəft ə dırıst norozi.
Bə bun xuna, sərtı qarış bı vozi,
Bun xori ni, kinor buna fikir soz.

Ru ki xandısd, bırghon duri ə həmin,
Poy xandeman yofte mənə, çı kəm in?
Düst ki ləmısd, sanqa vəyifd ə zəmin,
Sərtı para, rıxda xuna fikir soz.

Bı ov rafti, yof bərərə, bişi tı,
Bı hər kori gərək bırji, düşi tı.
Şəletıra ki bə kültı düşi tı,
Rah ösvö dür, qədər duna fikir soz.

Ay ımırə vasolirə zisdəgor,
Poriz bire, zumustuna fikir soz.
Imun quş nim, a quşhoniş bətərim,
Vəssi voxdim xuna-xuna, fikir soz.
Turac Hilal
Baş redaktordan:   Yeni rubrika: Dil ayrıdır, el birdir
Səfərova Turac Ramiz qızı 1979-cu ildə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində anadan olub.
Yaradıcılığa erkən yaşlarından meyil göstərib. Qələmindən çıxan şeir və hekayələr böyük rəğbətlə qarşılanır.
İsmayıllıdakı “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin üzvüdür.
T.Hilalın 2017-ci ildə “Nazlı çiçək kimiyəm” adlı şeirlər kitabı çapdan çıxıb.

Ханва

(ləzgi dilində)

Вакагь айры зи йигъ, зи йиф,
Агырыг амана, вай ханва.
Вун хъел хана фе къалалы,
Р?РЅ ширин чан зай ханва.

Сурагърал амош обыр,
Лумер садани заз сабыр.
Квадарнва, гьуш-агъул
Кирибириз тай ханва.

Заз къен дунья имеря дар,
Атlумиря зи умудар.
Зи пелел кхьенва ви тlвар,
Ваз Танрыдин пай ханва

Olmuşam

Səndən ayrı günüm, gecəm,
Ahla gəlib, vay olmuşam.
Sən küsüb getdiyin gündən
Şirin canı zay olmuşam.

Sormaqdan gedib abır
Deməyin ki, eylə səbir.
İtirib huş, ağıl axır,
Dəlilərə tay olmuşam.

Gen dünyamı eyləmə dar,
Kəsmə, hələ ümüdüm var.
Adın alnıma yazılar,
Sənə Haqdan pay olmuşam.

Şərh Yaz