“Dağ çiçəkləri“

Təcnis
63 yaşıma
Nə yaxşı qalmışam, nə yaxşı sağam,
Canım nə bərk imiş, daşdanmışam mən.
Sellər, sular döyüb dərələr boyu,
Bərkiyib, sıxılıb, daşdanmışam mən…
“Dağ çiçəkləri“       əcnis
63 yaşıma
Nə yaxşı qalmışam, nə yaxşı sağam,
Canım nə bərk imiş, daşdanmışam mən.
Sellər, sular döyüb dərələr boyu,
Bərkiyib, sıxılıb, daşdanmışam mən…
“Dağ çiçəkləri“
Arxam olub “Ürək“ adlı bu dağım,
Tanrım əyib: bu nisgilim, bu dağım.
Ömrüm boyu barlı olub budağım,
Onunçün həmişə daşdanmışam mən.

Bütün dərdlər şairlərin dərdimi?
Bağban könlüm heç barını dərdimi?
Gizli tutub çox ağrımı, dərdimi,
Basıb ürəyimə daş, danmışam mən.
Nazir Ziya Talıstanlı

Payız naДќılı

Gəlmisən ömrümün payız çağına,
Sənin baharına ümidim artar.
Könlümün ay gizli, tər bənövşəsi,
Məni bu payızdan bahara qaytar.

Yaşıl ümidlərim doğulmasaydı,
Olardı dünyamın rəngi sapsarı.
Yetişər mənzilə görəsən nə vaxt
Qəlbimdən yol salan sevgi qatarı?

Düzmüdür, səhvmidir, bilmirəm, vallah,
Bir ümid göyərir, güman içimdə.
Səni qarşılayıb yola salıram,
Durna qatarının payız köçündə.

Əzabı, ağrısı bitib canımda,
Sən hardan biləsən çəkirəm nələr.
Bu payız günündə gözəlləşibdir,
Gözlərinə bənzər zülmət gecələr.

Söylədim payıza sevgi nağılı,
Mən hansı ruhdayam, sən hansı təbdə.
Göylərdən üç alma düşürəcəyəm,
Bu payız nağılı sona yetəndə.
Murad Məhərrəmov

Sevməz məğlub kişini

Zəmanənin ağlı tamam çönübdür,
Şeytanlara tapşırıb hər işini.
Dövran dəli dağ selinə dönübdür,
Girdabına çəkib, alıb kişini.

Kol sıxlaşır, seyrəkləşir gül hər yaz,
Belə getsə, yoxa çıxar, gül qalmaz.
Heç kim bilmir, sağalar, ya sağalmaz,
İlan kimi zaman çalıb kişini.

Əmib şəri, olub tülkü namərd –“ nər,
Г‡əkir əsrin karvanını namərdlər.
Bir-birinə dayaq durmur ta mərdlər,
Kişilər də gözdən salıb kişini.

Gen tutulur hər tərəfdə o yadtək,
Ta poladı görən yoxdu poladtək,
Nə olsun ki, dözüb durub palıdtək,
Yarpaq-yarpaq tufan yolub kişini.

Zəhər qatıb iblis xalqın aşına,
Əli yetmir Şuşanın bir daşına.
Məni sevən, ağlını yığ başına,
Ağıllı qız sevməz məğlub kişini.
Oqtay İsmayıllı

Г‡ox gördün mənə

Bircə qırıq ümidi,
İnamı verdin mənə.
Sonra da peşman olub,
Onu çox gördün mənə.

Mənim ürəyim ləldi,
Dilədin, sənə gəldi.
Səni bircəsi bildi,
Bilmədim, sirdin mənə.

Ağrı alsa canını,
Tutsaydı hər yanını,
Qaraltsaydı qanını,
Deyərdim, dərdin mənə.

Qəmi unutmaq üçün,
Sevinci udmaq üçün,
Əlindən tutmaq üçün,
Sanırdım yardın mənə.

Könlüm burdu boynunu,
Görüb belə oynunu.
Yada açdın qoynunu,
Həsrəti hördün mənə.
Xatın

Göyərməz

MusaYaqub bir söz atıb araya :
“Bu dünyanın qara daşı göyərməz”.
Nə fərqi var, ya ağ oldu, ya qara,
Bu dünyanın para daşı göyərməz.

Zirvələrin havasında bəsləsən,
Dəyirmanın urvasında bəsləsən,
Leyləklərin yuvasında bəsləsən,
Bu dünyanın para daşı göyərməz.

Bu dünyünın hər tərəfin gəzmişəm,
Yaxşısı az, pislərindən bezmişəm.
Gecə, gündüz daş sındırıb, əzmişəm,
Bu dünyanın para daşı göyərməz.

Ömür boyu saralmasa çəməni,
Üç-beş günə göyərər ki, səməni.
Mis göyərdi, incitmədi heç məni,
Bu dünyanın para daşı göyərməz.

İnsan oğlu qayıtsa düz vərdişə,
Yer üzündən silinərsə əndişə,
Allah özü qol qoymasa bu işə,
Bu dünyanın para daşı göyərməz.
Fəzail

Bacarmıram

Ömrümü uzatmağa
Gülməyi bacarmıram.
Dərdimi azaltmağa
Bölməyi bacarmıram.

Atsalar da daşımı,
Yarsalar da başımı,
Timsahın göz yaşını
Silməyi bacarmıram.

Qaldıra bilməz naşı,
Özündən ağır daşı.
Bilmədiyim bir işi
Bilməyi bacarmıram.

Min namərd gəlib, gedib,
İzini silib gedib.
Sağ ikən ölüb gedib,
Gəlməyi bacarmıram.

Üstümdə dam olmağa,
Ağzımda tam olmağa,
Bir söz: adam olmağa
Ölməyi bacarmıram.
Cəbrayıl Hüseyn

Eynəkli tülkü
Şüşəsiz eynək taxıb,
Böhtan yazırdı tülkü.
And-aman eləyirdi
Gözləri seçmir tükü.

Müasir Kərəm

Divanə əlində saz,
Özünü atdı oda:
Mənimtək Kərəm varmı
İndi bizim dünyada?
Xalıq Yusifoğlu

Anamı düşünürəm

Beş bacı, ulduz idik, hər guşəsi anamız,
Ağrı-acı çəkdiyin bildirməzdi sonamız.
Başımıza gün kimi dolanardı gün boyu,
Arzumuz arzusuydu –“ oğul toyu, qız toyu.

Anamı düşünürəm, indi dalıb xəyala,
Səsi gəlir: Nə olub, fikirlisən, ay bala?
Heç inana bilmirəm, biz onu dəfn etmişik,
Amma hər bayram onun qəbri üstə getmişik.

Düşünürəm mən onu, zəhmətkeş idi necə,
Bizə görə onunçün bir idi gündüz, gecə.
Əzəmətli dağ idi önündə qardaşımız,
Anamız özü idi dostumuz, sirdaşımız.

Əsrə bərabər imiş anasız ötən hər il,
Г‡əkdiyim ah-nalədən anam xəbərsiz deyil.
Özüm ana, nənəyəm, amma, görünür yerin,
Ömür, həyat şirindir, ana həyatdan şirin.

Uyuduğun torpağa köçdü Mirvari qızın,
Açılmadı onunçün gülləri ötən yazın.
Dediyintək böyüdüb sevirik uşaqları,
Özün şad yaşamadın, ruhun şad olsun barı.
Şərqiyyə Balacanlı

Yada salınmağım var

Məktub yazıb göndərib ünvanıma yenə də,
Boş yer saxlamaz yenə, dolu olar varaqlar.
Keçsə də o illərin üstündən xeyli müddət,
Davam edir söhbətim, olmaqdadır sözüm car,
Xatırlanıram, demək, yada salınmağım var.

Qatlaşıb əziyyətə, yazan çəkib ki, zəhmət,
Oxuyam məktubunu, ayıram ona diqqət.
Gəncədən yox, uzaqdan uzaq yolu edib qət,
Məktub göndərib mənə, göndərməyib xurma, nar,
Xatırlanıram, demək, yada salınmağım var.

Sayı, hesabı yoxdu, qəmə qoyulmayıb hədd,
Yolarda ləngər vurub ağır edib onu dərd.
Oxuyam, oxumayam, edə biləm onu rədd,
Vağzala çatmaqdadı məktub gətirən qatar,
Xatırlanıram, demək, yada salınmağım var.

Qaytarmağa geriyə o dövrü, zəmanəni,
Olub çöllü-biyaban, axtarıb gəzir məni.
Gedib almağım üçün yola salır naməni,
İşim, gücüm var mənim, bilmir olmuram bikar,
Xatırlanıram, demək, yada salınmağım var.

Ürək çıxıb sıradan, ağrı olur gözümdə,
Baş verən qadalardan baş açmıram özüm də.
Nə vaxtdan ki, dilimdə, o var idi sözümdə,
O vaxtdan üzərimdə işini görür azar,
Xatırlanıram, demək, yada salınmağım var.
Tamam Nur Tağlabiyanlı

Görməyim

Gözünün sil yaşını, pəjmürdə halı görməyim,
Gizlədirsən üzünü, əbəs ki, xalı görməyim.

Düşünürsən, əlimi səndən üzüb gen gəzərəm,
Qoyma, əsla, yaxına bu xam xəyalı, görməyim.

Ay ötür, il dolanır, Yer öz oxundan da qaçır,
Bəlkə alnımda yazılmış ki, vüsalı görməyim.

Ovçuyam, var dözümüm, gözləyirəm şikarımı,
Kəməndə gəlsin özü, köksü yaralı görməyim.

Yandırıb eylədi kül Tərlanı eşqin alovu,
Demədin gəl, ya da gəz məndən aralı, görməyim.
Tərlan Saleh

Mən görməmişəm

Satılır hər nə desən, almaq üçün get bazara,
Bağbansan, var matahın satmaq üçün get bazara.
Satmağa var gətirən qoyun, keçi, it bazara,
Bir ədəb yoxdu satan, varsa da, mən görməmişəm.

Ayrıca var bazarın toyuq, cücə, qaz satanı,
Görərsən lap istəsən tütək, kaman, saz satanı.
Hərənin öz malı var : iydə, fındıq, qoz satanı,
Bir ədəb yoxdu satan, varsa da, mən görməmişəm.

Görmüşəm pul-paraya öz şöhrətin, şanın satan,
Bu bazar can bazarı, var istəsən qanın satan.
Var ürəyin, böyrəyin, lap tamam öz canın satan,
Bir ədəb yoxdu satan, varsa da mən görməmişəm.

Yazıram sözlərimi mən də şair bəndə kimi,
Oxuyub pul qazanan görmüşəm, xanəndə kimi.
Var sözün də satanı Bəhlulu Danəndə kimi,
Bir ədəb yoxdu satan, varsa da, mən görməmişəm.

Görmüşəm nehrə satan, dəhrə satan, palan satan,
Görmüşəm dovşan satan, balıq satan, ilan satan,
Görmüşəm bir-birinə: “Sən öl“, – deyib yalan satan,
Bir ədəb yoxdu satan, varsa da, mən görməmişəm.

Bəlkə də zaman çəkir imtahana, sıxır bizi,
Qeyrətin satan kəsə nə lazımdı daş, tərəzi.
Satılır hər nə desən müxtəsəri, əlqərəzi,
Bir ədəb yoxdu satan, varsa da, mən görməmişəm.
Mirəli İsmayıllı

Qardaşımla mən

Kənddə göz açmışıq qardaşımla mən,
Buğda dənəsitək böyüdük biz də.
Səhərdən axşama əldə bir çubuq,
Quzu otarardıq yamacda, düzdə.

Şehli göy otların üstə oturub,
Beşdaş oynayardıq, yatıb qalardıq.
Ya da kəpənəklər dalınca qaçıb,
Г‡ox vaxt özümüzü əldən salardıq.

Quzular görəndə analarını,
Sıçrayar, atdanar, hey qaçardılar.
Biz qaçıb onlara çatana kimi,
Onlar neçə dərə, düz keçərdilər.

Qoyunlar elə ki, əmizərdilər,
Görərdik çatılıb anamın qaşı.
Qardaşım hər dəfə günahkar kimi
Döyülərdi, onun çox idi yaşı.

Г‡ətinə düşəndə ağlayardıq da,
Uşaqlıq günləri belə keçərdi.
Atamız səhv üstə döyməsin deyə,
Qardaşım çörəyə and da içərdi.

Anamın balaca oğluydum deyə,
Məni heç vurmazdı, dişin sıxardı.
Qardaşım dözməzdi bu davranışa,
O da acığını məndən çıxardı.
Rüstəm Məbudoğlu

Qorxuram

Arzumun gözləri yol çəkir yenə,
İstəyin gözündə uyuyub qalıb.
Bir həsrət yuvası qol açıb sənə,
Qolları üstündə ümidi solub.

Г‡atıb muradına ayrılıq, özü,
Deyəsən qurtarıb söhbəti, sözü.
Bir ömür baharı, bir ömür yazı,
Payızın dumanı, çisgini alıb.

Həzin layla çalır zamanım mənə,
Ötən günlərimə qayıda, dönə.
Qorxuram ümidin işığı sönə,
Ürəkdə inamı itirmiş bilib.
Mehriban İbrahimova

Yetim

Düşündükcə dərin-dərin,
Ax, yol çəkən o gözlərin.
Həsrətində vardi nələr–¦
Atam gələr, anam gələr.
Axşam oldu, yox, gəlmədi–¦
Yalniz adi bir kəlmədi:
–“ O, yetimdi, yetim, yetim,
Üzülməsin, ağlamasin,
Deyin, deyin,
Qayidacaq,
Söz verməyin,
Deyin ancaq.
Atan gələr,
Anan gələr,
Xoşbəxtlikdən
Göz yaşların
Bir də o gün,
İncilənər…
Alik Dənizsevər

Xatirələr
Xatirələr gültək solmadığıyçün,
Gözlərdən ürəyə qonaq edilər.
Bu torpağın dili olmadığıyçün
Torpağın üzünə soyuq dedilər.

Açılar sabahım göz yaşlarımla,
Göz yaşımla bitər hər axşamım da.
Gələn sabahımda bir təzəlik yox,
Bir təzə kədər var hər axşamımda.

Nə qurdum, yaratdım bu dünya üçün,
Nələrim vardısa uçurdum əldən.
Dünyada heç kəsə yox etibar, çün
Dost arxadan vurar, eşqsə ürəkdən.
Gülsüm

Şərh Yaz