Kamil altıncı dəfə dünya çempionu oldu

2-5 noyabr 2017-ci il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində poverliftinq üzrə növbəti dünya çempionatı keçirilib.
Kamil altıncı dəfə dünya çempionu oldu
Azərbaycan yığma komandasının tərkibində yarışa qatılan həmyerlimiz Kamil Qafarov çempionatda “bench press” – ştanqı sinədən qaldırma hərəkətində gücünü sınayıb. İdmançımız çəkisi 90 kiloqramadək olan idmançıların mübarizəsində 240 kiloqram nəticə ilə bütün rəqiblərini geridə qoyub. Respublikanın idman şərəfini qoruyan Kamil Bayraq günü ərəfəsində bayraqlar sırasında bayrağımızı daha yüksəyə qaldıraraq altıncı dəfə Dünya çempionu adını qazanıb.
Qazandığı qələbə münasibəti ilə həmyerlimizi rayon ictimaiyyəti və idmansevərləri adından təbrik edirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz