Müəlliflə görüş

2017-ci ilin noyabr ayının 3-da İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində Azərbaycanın tanınmış uşaq yazıçısı Gülzar İbrahimova ilə oxucuların görüşü təşkil olunub.
Müəlliflə görüş      Görüş 3 mərhələdə baş tutub. Birinci mərhələ səhər saat 10-da məktəbəqədər yaşlı uşaqlarla keçirilib. Tədbiri şöbənin müdiri Rəna Süleymanova açıb. Balaca dəvətlilərə yazıçının gəlişinin məqsəd və mahiyyətini açıqlayıb. O bildirib ki, Uşaq kitabxanasının oxucuları bu günü çoxdan, səbirsizliklə gözləyirdilər. Gördüyünüz kimi, onlar sevimli yazıçılarını –“ sevə-sevə nağıllarını, jurnallarını oxuduqları Gülzar İbrahimovanı üzbəüz görmkdən çox məmnundurlar.
Görüşün sonrakı mərhələləri də maraqlı keçib. Müəllif nağıllarından bir neçəsini balaca oxucuları üçün səsləndirib. Dinləmələrdən sonra uşaqlara nağıllarla bağlı suallar verilib. Fərqlənənləri müəllif öz kitablarını hədiyyə etməklə sevindirib.
İnqa Namazova,
kitabxananın işçisi

Şərh Yaz