Г‡alışqan şagird

İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin çalışqanlığı ilə fərqlənən şagirdlərindən söz düşəndə III A sinfində oxuyan balaca, çəlimsiz Əlinin də adı fəxrlə çəkilir.Г‡alışqan şagird
Əli Umudov dərs əlaçısıdır. Sinif rəhbəri Elza Hüseynova onun haqqında ağız dolusu danışır. O, əlaçı olmaqla bərabər məktəb tədbirlərində fəal iştirakı, sinif yoldaşları ilə səmimi rəftarına görə də seçilir. Əli əvvəlki iki ili əla qiymətlərlə bitirdiyi üçün direktorluq tərəfindən Tərifnamə ilə təltif olunub.
Novruz bayramında 8 yaşlı şahmatçılar arasında keçirilən rayon turnirində birinci, 31 Dekabr –“ Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəyliyi Günündə isə ikinci yeri tutaraq Diploma və Fəxri fərmana layiq görülüb.
Məktəbli Əli “Niyal” kurslarının keçirdiyi bilik yarışmasında da bütün yaşıdlarından fəal olduğunu nümayiş etdirib. Birinciliyi burada da ona Fəxri fərman qazandırıb.
Əli asudə vaxtlarını kitabsız təsəvvür etmir. Öz üzərində çalışır, bilmədiklərini müəllimlərindən, valideynlərindən soruşub öyrənir. Əlinin bu çalışqanlığı hamımızı sevindirir. Ona: Uğurların davamlı olsun! – deyirik.
Xəyalə Kərimova,
məktəbin Uşaq təşkilatı rəhbəri

Şərh Yaz