YAP yaranmasının 25 illiyinə həsr olunmuş tədbir

Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı (YAP) Qadınlar Şurası partiyasının 25 illiyi münasibətilə təntənəli tədbir keçirib. Yubiley tədbirinin iştirakçıları YAP-ın yaranması ilə əlaqədar filmə tamaşa ediblər. YAP yaranmasının 25 illiyinə həsr olunmuş tədbir
YAP yaranmasının 25 illiyinə həsr olunmuş tədbir
YAP yaranmasının 25 illiyinə həsr olunmuş tədbir        Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova qeyd edib ki, bu siyasi təşkilatın səhnəyə gəlməsi ilə ölkədə azadlığın, müstəqilliyin təməli qoyulur. YAP ictimai ehtiyacların obyektiv tələbatına cavab verdi. 1995-ci ildə Azərbaycan qadının cəmiyyətdəki nüfuzunu, hörmətini, qadınların yorulmaz fəaliyyətini görən ulu öndər Heydər Əliyev YAP-da Qadınlar Şurasının yaradılması haqqında qərar verdi.
Ötən illər ərzində partiyada qazanılan uğurlardan söz açılıb. Eləcə də partiyanın yaranmasında İsmayıllı qadınlarının fəallığı, cəsarətli, Ulu öndərin ideyalarına sadiqliyi qeyd edilib.
İsmayıllı rayon YAP Qadınlar Şurasının sədri Xuraman Qurbanova çıxışında qeyd edib ki, Azərbaycan qadınları bu gün dünyanın qadınları hərəkatının ön sıralarında ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur. Qadınların nəcib və xeyirxah məqsədləri üçün sistemli tədbirlərin genişləndirilməsi, onların Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin xüsusi rolu var.
Digər çıxış edənlər vurğulayıblar ki, bu gün ölkədə təhsil və iqtisadiyyatda çalışanların çox hissəsi qadınlardır. Elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışan qadınlar son illərdə yüksək fəxri adlara, orden və medallara, fərdi təqaüdlərə layiq görülüblər. Bütün bunlar Azərbaycanda qadınlara diqqət və qayğının bariz göstəricisidir. İsmayıllı rayonunun işgüzar qadınları da bu cür yüksək fəxri adlarla qiymətləndiriliblər.
Bir qrup gənc Yeni Azərbaycan Partiyası üzvlüyünə qəbul olunub.
İlqar Əhmədli

Şərh Yaz