Beynəlxalq Müəllim Günü qeyd edilib

“Röya” şadlıq sarayında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan bayram tədbiri keçirilib.
Beynəlxalq Müəllim Günü qeyd edilib
Beynəlxalq Müəllim Günü qeyd edilib            Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qabaqcıl və veteran müəllimləri təbrik edərək bildirib ki, məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Ümummilli lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib. Bu siyasət bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Г‡ıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, İsmayıllıda təhsil sahəsində qazanılan uğurlardan bəhs ediblər.
Tədbirdə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Dürdanə Ağayevanın Əməkdar müəllim adına, 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Ruhiyyə Mahmudovanın isə “Tərəqqi” medalına layiq görülmələri ilə əlaqədar prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bir neçə qabaqcıl müəllimə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı verilib. Həmçinin 65 yaşı tamam olmuş müəllimlərə qiymətli hədiyyələr təqdim olunub. Tədbirdə “Niyal” xalq çalğı alətləri ansambılının ifasında səslənən musiqi nömrələri iştirakçılara əsl bayram ovqatı bəxş edib.
G.Baxışova

Şərh Yaz