“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məşğələ

İsmayıllıdakı Uşaq kitabxanasının akt zalında “Heydər Əliyev İdarəetmə Məktəbi”nin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda növbəti məşğələsi keçirilib.
Məşğələdə dini icma sədrləri, dini ayinlərin icraçıları, ümumtəhsil məktəblərinin direktor müavinləri, uşaq təşkilatlarının rəhbərləri, ağsaqqallar, mədəniyyət, səhiyyə və təhsil işçiləri iştirak ediblər.
Tədbir başlamazdan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Şəhadət” filminə baxılıb.
“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məşğələ
“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məşğələ      Məşğələni rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısının yanında dini işlər komissiyasının sədri Rövşən Ağayev açıb. Mövzuya dair Topçu kənd dini icmasının sədri, təhsil işçisi Rəşid Məmmədov məruzə edib.
“Cümə” məscidinin imamı Şahzadə Bilalov, Diyallı kənd məscidi dini icmasının sədri Hikmət Əhmədov dini dəyərlərdən, bu dəyərlərin vətəndaş yetişdirilməsində rolundan ətraflı danışıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı Bölgəsi üzrə Şöbəsinin müdiri Rəhim Rəhimli “Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu”, RİH başçısının müavini Sevil Əhmədova isə “Tərbiyə işində milli-mənəvi dəyərlərin imkanlarından səmərəli istifadə yolları” mövzusunda çıxış edib.
Yekunda mövzuya dair diskusiya aparılıb.
Bəhruz Xələfov

Şərh Yaz