“Gələcək gənclərə məxsusdur” mövzusunda tədbir

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibət ilə YAP İsmayıllı rayon təşkilatı sentyabrın 28-də “Gələcək gənclərə məxsusdur” mövzusunda tədbir keçirib.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova, RİH başçısının İsmayıllı şəhər İƏD-i üzrə nümayəndəsi Məhərrəm Əhmədov, Veteranlar şurasının sədri Əlaləm Babayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, həmçinin partiya fəalları iştirak ediblər.
“Gələcək gənclərə məxsusdur” mövzusunda tədbir            YAP İsmayıllı rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova əlamətdar gün – Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib. O, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayıb. Bildirib ki, Yeni Azərbaycan Partiyasının proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir.
YAP İsmayıllı rayon gənclər təşkilatının sədr əvəzi Qönçə Ağazadə çıxış edərək qeyd edib ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Г‡ıxışında onu da vurğulayıb ki, gənclər ümummilli liderimiz Heydər Əliyevin əmanətlərini qoruyub saxlamalıdır. Bu əmanətlər isə Azərbaycan dövlətçiliyi, azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və Yeni Azərbaycan Partiyasıdır. Gənc müəllim Ceyhun Əsgərov, şəhər İƏD üzrə nümayəndə Məhərrəm Əhmədov, ATİAHİ İsmayıllı RK-nın sədri Hafiz Kərimov YAP-ın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını və bu gün nəinki ölkəmizdə, eləcə də regionda aparıcı siyasi təşkilata çevrildiyini vurğulayıblar. O da vurğulanıb ki, tarixi zərurətdən yaranan partiya çətin, eyni zamanda, şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilata çevrilib.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qoşulan gənclərə partiya vəsiqəsi təqdim edilib.
İ.Əhmədli

Şərh Yaz