Partiya sıralarında mən də varam

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır.
Cəmiyyətdə hər bir kəs müəyyən sosial mövqeyə mənsubdur. Toplumdakı yerindən asılı olmayaraq, fərdlər, sözsüz ki, ictimaiyyətin inkişaf dinamikasında yer tutur. Mən, sən,… Bizlər yaşadığımız cəmiyyətin fərdləri, hərtərəfli böyük mədəniyyətə malik Azərbaycan xalqının bir nümayəndəsi, müstəqil Azərbaycan dövlətinin vətəndaşı, Azərbaycan adlanan Ana torpağın övladları, sakinləriyik. Hər işıqlı sabahımızın şəfəqlərinin nurunda dövlət himnimizin əzəmətli sözlərini dinləyən, bir daha oxuyan, xatırlayan, düşünən birisi kimi cümləmiz Azərbaycan millətinin müqtədir nümayəndəsi pasportu ilə dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı naminə səy və bacarığımızı göstərməliyik.
 Partiya sıralarında mən də varam
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası sıralarında artıq mən də varam. Siyasi monumentallıq nümunəsi sərgiləyən Yeni Azərbaycan Partiyası dövlətimizin yüksəlişində danılmaz, fenomenal xidmətlər ortaya qoyur. Heydər Əliyev dühasının dövlətçiliyimizə verdiyi töhfələrdən bizlər və gələcək nəsillər hələ çox bəhrələnəcəyik. Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət bunu deməyə əsas verir ki, Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Elm, maarif, səhiyyə, iqtisadiyyat, idman sahələrindəki inkişafın, nailiyətlərin şahidiyik. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavini seçildikdən sonra partiya sıralarında qadınların sayı artmışdır.
Bənzətmədə xəta olmasın, “Dövlət qılınc və qələm üzərində bərqərardır”. Qılınc hərbini rəmzləşdirdiyi kimi, qələm də öz növbəsində elmi simvolizə edir. Bir müəllim olaraq özümü dövləti, dövlətçiliyi yüksəldən bu iki faktordan birinin –“ qələmin təmsilçisi sayıram deməklə, yəqin ki, təvazökarlığın sərhədlərini aşmış deyiləm. Cəmiyyətin mənəviyyatının keşiyində duran müəllimlər, həmçinin bir elm, maarif partiyası imicini daşıyan bu siyasi təşkilatdan uzaq qalmamalıdır. Mən də bu yolu seçdim. 2014-cü ildən İsmayıllı rayonunun əvvəlcə Brovdal kənd ümumi orta məktəbində, 2016-cı ildən isə Gəndov kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Bu üç il ərzində rayon partiya təşkilatı haqda çox eşitmiş, partiya üzvlərinə diqqətlə yanaşan hörmətli Sevil xanımın fəaliyyətini vaxtaşırı olaraq tədbirlər qismində izləmək imkanım olmuşdur. Bu şərəfli partiyanın sıralarına keçdiyimə görə gənclərlə görüşlərdə partiyanın elitarlığını öz yüksək təhsili və ictimai mədəniyyəti ilə göstərən partiya rəhbərliyinə, veteran YAP-çılara dərin minnətdarlığımı bildirirəm. Yeni Azərbaycan Partiyasının əsasının qoyulmasının 25-ci ildönümü münasibəti ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, əməkdar elm xadimi, YAP-nın yarandığı ilk günlərdən onun sadiq və partiya işlərində yorulmadan çalışan üzvü Mirdaməd Sadıqov başda olmaqla, İsmayıllıda partiyanın sıralarını təmsil edən bütün siyasi həmfikirləri ürəkdən təbrik edirəm.
Ceyhun Əsgərov,
Gəndov kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Şərh Yaz