Şəhidimiz –“ qürurumuz

Mamır olub qayasında bitərdim – Vahabzadə Mikayıl Yaqub oğlu bu ideya ilə hərbi xidmətə yola düşdü. O, Vətən torpağının düşmən tapdağı altında olmasını heç bir vəchlə qəbul edə bilmirdi. Odur ki, hərbi xidmətə çağırış vərəqini böyük həsrətlə gözləyirdi. 3 iyul 2015-ci il tarixi, nəhayət ki, o gün gəldi. Mikayıl hərbi xidmətə çağırış vərəqini Faceboook səhifəsində “Axır ki” başlığı ilə paylaşdı,
Bu söz onun həsrətinin sona yetdiyinin və arzusuna çatdığını ifadə edirdi
Şəhidimiz –“ qürurumuz
Şəhidimiz –“ qürurumuz
Şəhidimiz –“ qürurumuz
Vahabzadə Mikayıl İsmayıllı rayon Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış İdarəsindən hərbi xidmətə yola salındı. Xidmət zamanı komandirlərinin əmirlərinə müntəzir olan Mikayıl tez bir zamanda hərbi hissədə özünə böyük hörmət qazandı.
Mikayıl hərbi xidmətdə olduğu müddətdə Vətənə, anaya, xalqa olan sevgisini öz şeirlərində əks etdirmişdi.
Aprel ayının 2-5 tarixində Milli Ordumuzun torpaqlarımızı azad etmək uğrunda apardıqları əməliyyat zamanı ermənilər üzərinədə böyük qələbə əldə edildi. Bu zaman Vətən oğulları onun müdafiəsinə qalxdılar. Onların bəziləri şəhid, bəziləri isə qazi oldu.
Aprel döyüşləri zamanı Mikayılın anadan olduğu Maçaxı kəndində və eləcə də təhsil aldığı Tircan kəndində onun itkin düşdüyü xəbəri yayıldı. Bütün sakinlər onun sağ salamat qayıtması üçün dua edirdilər.
Lakin aprel ayının 8-i axşam saatlarında bir xəbər hamını sarsıtdı. Mikayıl Tərtər yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdu. Onun nəşi aprel ayının 9-da dünyaya göz açdığı Maçaxı kəndində torpağa tapşırıldı.
Dəfn mərasiminə bütün rayon ictimayəti, minlərlə rayon sakini, Qarabağ müharibəsi iştirakçıları ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Vahabzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı. Məzarı qərənfillərlə bəzədildi.
Aprel ayının 10-da şəhid Mikayılın təhsil aldığı Tircan kənd tam orta məktəbinin müəllim və şagird kollektivi onun qəbrini ziyarət etdi. Şagirdlər Şəhidimizə olan hörmətlərini şüarlar səsləndirərək, 3 rəngli bayrağımızı dalğalandıraraq, qəbri gül çiçəklə bəzəyərək ifadə etdilər.
Məktəbimizdə Mikayıl üçün xüsusi bir guşə hazırlandı. Üzərində “Şəhid Mikayıla məktub” yazısı yazılmış bir qutu guşədə yerləşdirildi. Şagirdlər şəhid Mikayıla məktublar yazaraq ona olan sevgilərini bildirilər. Şagirdlər onu heç bir zaman unutmayacağlarına, onunla həmişə qürur duyacağlarına və daim onun qəbrini ziyarət edəcəklərinə söz verdilər.
Məktəbimizin müəllim və şagird kollektivi Mikayılı hər an xatırlayırlar. Onun 40 mərasimində və il dönümündə qəbrini yenidən ziyarət etməklə onu yad edirlər. Bundan başqa məktəbimizdə Mikayıl Vahabzadənin xatirəsinə həsr edilmiş bilik yarışları keçirilir. Məqsədimiz şagirdlərin şəhidlərə, Vətənə olan sevgisini artırmaqdır. Bunun nəticəsidir ki, şagirdlər Mikayıla olan sevgisini şeirlə ifadə edirlər.
Bu gün də Tircan məktəbi öz ənənəsinə sadiq qalaraq Mikayılı yenidən yad etdi.
Məktəbimizdə 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancasına döyüşərək şəhid olmuş Mikayıl Vahabzadənin xatirəsinə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə şəhidin yaxınları, kənd sakinləri, müəllimlər və şagirdlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlqar Gərayev şəhidin həyat yolundan bəhs etdi. Mikayılın nizamlı, savadlı və vətənpərvər bir gənc olduğunu qeyd etdi.
Г‡ıxış edən digər müəllimlər də şəhidin məktəb həyatından ətraflı bəhs etdilər.
Mikayılın qısa, lakin şərəfli həyat yoluna həsr edilmiş video çarx nümaiş etdirildi. Mikayılın öz şeirləri səsləndirildi. Vətənpərvərliyə aid mahnılar oxundu, kompozisiyalar və səhnəciklər təqdim edildi.
Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edildi.
Şəhid balamız Mikayıl! Sən ən uca zirvəyə – şəhidlik zirvəsinə yüksəldin. Bütün Azərbaycanın əziz oğluna çevrildin. Səni heç bir zaman unutmayacayıq.
Gülyanaq Əliyeva,
Tircan kənd tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz