Hadisələrin qarşısı alına bilər

Son zamanlar həm sürücülərin, həm də piyadaların təqsiri üzündən bir sıra yol-qəza hadisələri baş verir. Bir neçə saniyəlik səhlənkarlıq, diqqətsizlik səbəbindən soydaşlarımızı itirir, ailələrində yaşanan acıların şahidi oluruq. Bütün bunlara baxmayaraq gündəlik xəbərlərdə respublikamızın yollarında hərəkət qaydalarını pozma səbəbindən baş verən qəzalar azalmaq bilmir
Hadisələrin qarşısı alına bilər
Hadisələrin qarşısı alına bilər    Təbii olaraq bu da yol hərəkəti qaydalarının təbliği və öyrədilməsinə diqqəti artırır. Qəzaların, nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi aid orqanlarla birgə səmərəli tədbirlər həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq İsmayıllı Rayon İcra Hakimiyyəti ilə Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Rayon Polis Şöbəsinin yol polisi bölməsinin, Dövlət Humanitar və Texnologiya Kollecinin, Peşə Tədris Mərkəzinin müəllim, tələbə və şagird heyətinin iştirakı ilə 12 oktyabr 2017-ci il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində “Yol hərəkət qaydalarının təhlükəsizliyinə ictimai dəstək” devizi altında tədbir keçirilib.
Tədbiri Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov açıb və tədbirin əhəmiyyətindən danışıb. İştirakçılara yol hərəkəti qaydalarına əməl olunmanın mədəniyyət göstəricisi olmasını xatırladıb.
Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tədbirdə çıxış edərək iştirakçılara yol hərəkəti qaydalarına riayət edilməməsinin acı nəticələri barədə yerli faktlar əsasında məlumat verib.
Yol polis bölməsinin baş inspektoru Xəyyam Mehdiyev yol hərəkəti haqqında inzibati xətalar məcəlləsinin maddələri barədə geniş məlumat verib. RİH-nin baş məsləhətçisi Namiq Kərimov və kollecin tarix müəllimi Mövlud Ağayev çıxış edərək yol hərəkəti və nəqliyyatın idarə olunması qaydalarına ciddi riayət etməyin vacibliyindən danışıblar. Sonda iştirakçıların təklifləri dinlənib, kollecin Tələbə Gənclər Təşkilatının sədri Əlirza Hüseynov M.F.Axundov küçəsi ilə Babək küçəsinin kəsişməsindəki keçidə piyada zolağının çəkilməsini tələbələr adından xahiş edib.
Г‡ıxış edənlərin hər biri bildirib ki, yalnız sürücülərin, eləcə də piyadaların mədəniyyət nümayiş etdirəcəyi halda baş verən qəza və bədbəxt hadisələrin qarşısı alına bilər.
Şəlalə Abışova

Şərh Yaz