Müəllimlərimiz müsabiqə qalibi olublar

Sentyabrın 28-də Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsindən bildiriblər ki, müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə isə 213 layihə təklifi daxil olub.Müəllimlərimiz müsabiqə qalibi olublar
Müəllimlərimiz müsabiqə qalibi olublar
Müəllimlərimiz müsabiqə qalibi olublar
Müəllimlərimiz müsabiqə qalibi olublar         Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə 83 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Barələrində müsbət qərar qəbul olunmuş 120 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.
Sözügedən müsabiqədə İsmayıllı təhsili ilə bağlı şad xəbərlər aldıq. Lahıc qəsəbə tam orta məktəbinin fizika müəllimi –“ Əməkdar müəllim, iki dəfə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, ümumtəhsil məktəblərinin 6-10 sinifləri üçün “Fizika” dərsliklərinin və müəllim üçün metodik vəsaitlərin müəllifi, Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyev “6-cı sinif fizika dərslərinin video təcrübələrlə dəstəklənməsinin kontent və proqram təminatı” adlı layihə ilə qalib olub.
Bundan əlavə, Topçu kənd tam orta məktəbinin müəllimi Gülər Babayeva “Məktəbli –“ valideyn”, İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Surə Mehdiyeva “Öyrədənik, bir addım öndəyik – İsmayıllı kənd müəllimlərinin İKT bacarıqlarının inkişaf etdirilməsi”, həmin məktəbin müəllimi Pərvanə Piriyeva “Şagirdlərin imtahan öncəsi psixoloji gərginliyinin azaldılmasına dəstək” mövzularında layihələri müsabiqənin qalibi olub.
Doğru deyiblər ki, istedadla zəhmətin vəhdəti hər yerdə və hər zaman uğur gətirir.
Qaliblərimizi təbrik edir, onlara daha böyük uğurlar qazanmaları arzusu ilə yeni-yeni nailiyyətlər diləyirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz