Dilimizin saflığının qorunması ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan dilinin qorunması baxımından bir sıra layihələr həyata keçirir. Bununla əlaqədar 12 oktyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Allahverdi Məmmədlinin “Ana dilinin saflığının qorunmasında ictimaiyyətin rolu” mövzusunda mühazirəsi dinlənilib.
Dilimizin saflığının qorunması ilə bağlı tədbir keçirilib
Dilimizin saflığının qorunması ilə bağlı tədbir keçirilib
Dilimizin saflığının qorunması ilə bağlı tədbir keçirilib            İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi Murad Məhərrəmov tədbiri açaraq qonaqları salamlayıb, dilimizin saflığının qorunması sahəsində aparılan dövlət siyasəti, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədəki fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Məruzəçi Allahverdi Məmmədlinin ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” müvafiq fərmanını xatırladıb, ana dilinin saflığının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bilik fondunun nümayəndəsi, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov ana dilinin qorunmasında ictimaiyyətin rolunun böyük əhəmiyyət daşıdığını vurğulayıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz