O, bir xəzinə idi

Düşüncəsi, əməlləri xalqın taleyüklü dəyərlərinə qovuşmuş insanların dünyasını dəyişməsi böyük hüzn doğurur. Belə soydaşlarımızın qəfil ölümü isə daha sərt ağrıya, ictimai göynəyə çevrilir. İllah da belə adamın gördüyü işlər yarımçıq qalanda.O, bir xəzinə idi                      Dəyərli qardaşımız Rəsul Səttar oğlu Baxışovun bir neçə gün əvvəl –“ oktyabr ayının 6-da gözlərini əbədi yumması xəbəri onun doğmalarını, əzizlərini, çoxsaylı dost-tanışlarını şimşək kimi vurdu. Г‡oxları bu acı xəbəri hələ də gördüyü qarışıq yuxu sayaraq özünü aldatmaqda, ovundurmaqdadır. Məlum məşhurlar qədər sevilən bu insanın itkisindən doğan ağrının səbəbi nə idi?
Əvvəla, Rəsul Baxışov istək və əməllərini tamamilə ictimailəşdirmiş, niyyətlərini irili-xırdalı işləri ilə gerçəkləşdirməkdə olan dərin düşüncə və yüksək mədəniyyət sahibi olan bir insan idi.
İkinci, bu insan elinə, evinə saf, tükənməz bir sevgi ilə bağlı idi. Dostlarına inanır, onları çox sevirdi.
Üçüncüsü, xeyirxalıqla ucalıq tapan əməyin birləşərək möcüzə yarada bilməsi qənaəti və bu fikri şəxsi nümunəsində göstərə bilmək bacarığı Rəsulun müdrik və əməlpərvər varlığının başlıca səciyyəsi idi.
Nəhayət, o, milli tərəqqini, milli-mənəvi dəyərləri qoruyub bəşəri meyarlara və texnoloji yeniliklərə qovuşdurmağın mümkün nümunələrini əməli işdə tətbiq edir, gənclərə bu sahədə tövsiyələrini verirdi.
Rəsul Baxışov 66 il əvvəl, iyun ayının 8-də İsmayıllı rayonunun Mulux kəndində anadan olub. Cülyan kənd natamam və Lahıc qəsəbəsindəki məktəbdə orta təhsil alması onu zəkalı və milli düşüncəyə sahib olan bir gənc kimi formalaşdırmışdı.
R.Baxışov maliyyəçi idi. Elmi-texniki tərəqqinin çağdaş yönlərindən olan maliyyə işçisi kimi respublikada tanınırdı. Özü bir xəzinə olaraq 45 ilə yaxın İsmayıllı Rayon Maliyyə İdarəsinin xəzinə əməliyyatları uçotu sektorunun müdiri vəzifəsində şərəflə çalışdı. Özündən eşitməsək də, az-çox qazandığından, ailəsinin ehtiyaclarından kəsib milli məfkurəni zənginləşdirmə və maariflənmə işində ehtiyacı olanlara köməklik göstərirdi. Qurduğu iş, göstərdiyi xidmət müqabilində halal qazancı ilə o, dəbdəbəli ev-eşiyə, bahalı minik avtomobilinə, gündəlik qazanc gətirən bir obyektə sahib ola bilərdi. Amma o, gözütoxluğu səbəbindən həmişə: Dünyanın malı dünyada qalacaq, – deyirdi. Dostumuz bu həyat həqiqətinə söykənib mənalı ömrünü minnətsiz, təmənnasız yaşadı.
R.Baxışov həyat gözəlliklərinə gözəllik qatan, ulu Tanrının sevgisini qazanmış layiqli insanların əziz dostu idi. O, yaxşıların sayının həyatdakı insanların sayına bərabər olmasını arzulayırdı. Dəfn mərasimindəki izdiham göstərdi ki, bu insan yalnız həyatı deyil, hamının –“ bütün ismayıllıların ürəyini tərk etdi.
Dünyasını dəyişən qardaşımız ədəb-ərkanı, xeyirxahlığı, səmimiyyəti və digər müsbət, insani keyfiyyətləri ilə tanıyanlar, ətrafında olanlar, xüsusilə də gənclər üçün bir nümunə məktəbi idi. Hamı onu xoşxasiyyət, kövrək bir insan kimi tanıyıb sevsə də, o, iş prosesində ciddi, prinsipal, ozünə və ətrafdakılara qarşı çox tələbkar idi.
Rəsul Baxışov atalar sözlərinin, xalq deyimlərinin bilicisi idi. Həyatdan, taledən gileylənmək ona yad idi, söhbətlərindən doymaq olmurdu. Rəsul Allahı sevən adam, ona qoyulmuş adı doğruldan oğul idi.
Rəsul Baxışovu təkcə yaxınları, əzizləri deyil, bütün İsmayıllı itirdi. Amma bu itkinin təsəlli olan tərəfləri bizimlədir. O, bizə vətənpərvər, səmimi, sədaqətli, səxavətli olmağın, özünə güvənərək, heç kimə minnət qoymadan yaşamağın mümkünlüyünü əmanət edərək dünyasını dəyişdi. Bacardıqlarını bizə – qəlbən sevdiklərinə, ailə üzvlərinə, əzizlərinə yadigar qoyub getdi.
Yaxşı deyiblər ki, həyatı xalq işinə əriyib qarışanların ömrü də xalqın mövcudluğunda davam edir. Ölümünə inanmaq istəmədiyimiz R.Baxışovun timsalında onu tanıyanlar bu həyat həqiqətinə bir daha inanırlar.
İnanırıq ki, R.Baxışov aramızdan cismən gedib. Tərəfimizdən xatırlandıqca onunla bağlı xatirələrin işığı Tanrı məqamında şad görmək istədiyimiz ruhunu nurlandıracaqdır.
Dostlarından bir qrupu:
Fikrət Haqverdiyev, Nəriman Qəniyev, Ədalət Məmmədov, Məmmədxan Muradəliyev, Əvəz Bayramov, Qasım Mustafayev, Şahməmməd Soltanov, Hacıməmməd Məmmədov

Şərh Yaz