Hörmət və ehtiram əksini tapıb

Sərdahar kənd ümumi orta məktəbində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib.
Tədbiri açan məktəbin direktoru Füzuli Baxışov Beynəlxalq Müəllimlər Gününün təsis edilməsi ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb. Dövlət səviyyəsində təhsilə və müəllimlərə göstərilən dövlət qayğısından danışıb.
Hörmət və ehtiram əksini tapıb
Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Firəngiz Abidova çıxış edib. O, müəllimlərin təhsildə əsas sima, aparıcı qüvvə olduğunu bildirib. Qeyd edib ki, müəllimlik bütün dövrlərdə və bütün ölkələrdə ən şərəfli peşə hesab olunur və bu müqəddəs adı daşıyanlara bəslənilən sevgi gündən-günə artmaqdadır.
Tədbir, şagirdlərin söylədiyi şeirlər, oxuduqları mahnılar müəllimlərə olan hörmət və ehtiramı əks etdirib.
Elnarə Qasımova

Şərh Yaz