İdmançılarımız qələbə ilə qayıdıblar

21-25 sentyabr 2017-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Budo döyüş növü üzrə açıq dünya çempionatı keçirilib.
İdmançılarımız qələbə ilə qayıdıblar                  Həmin yarışda İsmayıllı rayonundan məşqçi-müəllim Qəhramanov Bayram və onun yetirmələri iştirak ediblər. Yüksək hazırlıq məşqləri keçmiş idmançılarımız Eşqin Əsgərov, Nuray Şabanlı, Ləman Əkbərova, Tahir Məmmədov və Qadir Səlimov uğurla çıxış edərək hər biri fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüblər.
Xəyyam Məmmədov,
Gİİ-nin əməkdaşı

Şərh Yaz