Fövqəladə hadisələrə hazırlıq

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi respublikanın ümumtəhsil məktəblərində yetişməkdə olan gənc nəsil nümayəndələri arasında fövqəladə hadisələrə hazırlıq məqsədi ilə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirir.
Fövqəladə hadisələrə hazırlıq     Elə bu məqsədlə də İsmayıllı Rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları tez-tez istifadələrində olan texnika, daşına bilən qurğu və alətlərlə İsmayıllı şəhər 6 nömrəli tam orta məktəb şagirdlərinin qonağı olurlar.
Təcrübəli yanğınsöndürənlər gənc dostlarına hadisələr zamanı işlədilən texnika və alətlərin istifadə qaydalarını əyani şəkildə nümayiş etdirirlər. Bu təlimlər gənc yanğınsöndürənlərin bilik və bacarıqlarının artmasına kömək edir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz