Kanada təhsili

Kanada təhsili dünya təhsil sisteminin ayrılmaz və önəmli tərkib hissəsini təşkil edərək son illərdə tələbə axınının ən çox üstünlük təşkil etdiyi məkanlardan biridir. Kanada təhsilini araşdırmaqda məqsəd gənclərin bu ölkə və onun təhsil proqramı haqqında bilgilərini dolğunlaşdırmaqdır. Öncəliklə bu dövlət haqqında ümumi məlumatla tanış olaq.Kanada təhsili
Kanada Şimali Amerikanın şimalında yerləşən dövlətdir. ABŞ-a yaxınlıq və onun üç okeanla əhatə olunması ölkənin coğrafi mövqeyi üçün çox əlverişlidir. Lakin şimal rayonlarının təbii şəraitinin sərtliyi onun mənimsənilməsinə imkan vermir.
Kanada əhalisinin əsas hissəsini ingilis –“ kanadalılar (40%) və fransız –“ kanadalılar (27%), həmçinin etnik qruplar (33%) olan şotlandlar, almanlar, italyanlar, ukraynalılar təşkil edir. İngilis –“ kanadalılar Ontario, Britaniya Kolumbiyası əyalətlərində, dəniz sahili əyalətlərdə, fransız –“ kanadalılar Kvebek əyalətində yaşayırlar.
Ölkədə yerli əhali ümumi əhalinin 1,3 faizini təşkil edir. Hinduların sayı 390 min nəfər, eskimoslar 28 min nəfərdir. Onlar 25-40 min il əvvəl Avrasiyadan bura gəlmişlər. Kanadada dövlət dili ingilis və fransız dilləridir.
Kanada dünyada ən çox beynəlxalq tələbənin təhsil aldığı ölkələrdən biridir. Kanadada 2001-ci ildə 100 minə yaxın tələbə təhsil aldığı halda 2012-ci ildə bu rəqəm 265 minə çatmışdır. Kanada universitetlərində təhsil alan əcnəbi tələbələrin böyük bir qismi Ontorio (42 faiz), Britaniya Kolumbiyası (British Columbia) (26%), Kvebek (18%) vilayətlərində təhsilə daha çox üstünlük verməkdədirlər.
Kanadada çox sayda tələbə təhsil almaqdadır. Kanadada təhsil almağı üstün tutan ölkələr içərisində Г‡in, Hindistan, Cənubi Koreya, Amerika Birləşmiş Ştatları üstünlük təşkil etməkdədir. Г‡in əsilli tələbələr isə ümumi tələbə axınının mərkəzində dayanır və son illərdə onların sayı rekord həddə çatmışdır. Amerika Birləşmiş Ştatları isə son illərdə apardıqları araşdırmaların nəticəsi olaraq Kanadanın uzun illərdir “dünyanın ən yaşanılır ölkəsi” siyahısında lider olduğunu qeyd etmişlər. Bunu isə əsasən ölkədəki bütün sahələri əhatə edən şəffaflıqla əlaqələndirirlər.
Kanada eyni zamanda ingilis və fransız dillərinin rəsmi olaraq tanındığı tək ölkədir. Fransız dilində danışan əhalinin 75 faizi Kvebek vilayətində yaşamaqdadır.
Maraqlısı odur ki, rəsmi qəbul edilmiş mərkəzdən idarə edilən təhsil sistemi bu ölkədə yoxdur. Hər əyalət öz təhsil sisteminin standartlarını özü müəyyən edir. Hər əyalətin də bir təhsil naziri müəyyən edilir. Dövlət məktəbləri bir qayda olaraq dərs ilini sentyabr ayında başlayır, may ayında yekunlaşdırır.
Kanadada 90-a yaxın universitet vardır. Bu universitetlərdən əlavə sertifikat verən və eyni zamanda ixtisasa uyğun təhsil və sertifikat verən kolleclər də fəaliyyət göstərməkdədir. Kanada universitetlərinə müraciət (Ontario əyaləti istisna olmaqla) birbaşa universitetdə baş tutur. Hər universitet öz kriteriyalarına uyğun tələbə qəbul edir. Kanada universitetlərinin öz aralarında yaratmış olduqları bir birlik vardır ki, o da “Association of Universities and Colleges of Canada” olaraq tanınır.
University of British Columbia, King’s at Western University Canada, University of Guelph, University of Manitoba, Western University kimi önəmli universitetlər tələbələr tərəfində daha çox qəbuledilən və münasibdir.
Kanadada təhsil dövründə və ondan sonra işlə təmin olunma qaydaları;
Kanadada əcnəbi tələbələrin təhsil dövründə 10 saat, tətillərdə isə full-time işləmələri mümkündür, ancaq rəsmi qurumlardan icazə almaları mütləqdir. Canadian Bureau of International Education (CBIE) statistikasına əsasən 2010-cu ildə Kanadada işləmək icazəsi alan ümumi tələbə sayı 12% ətrafındadır. Kanadada təhsillərini başa vuran tələbələr arasında ən çox çalışmaq istəyən ölkələr isə bunlardır: Г‡in, Hindistan, Meksika, Kolumbiya, Türkiyə, Rusiya və Ukrayna.
Kanada kollec və ya institutlarında dünya standartlarında təhsil alın;
Kollec və institutlar Kanadanın ən çox seçilən və tələbə axını güclü olan sahələridir. Karyera qurmaq sayəsində tələbələrin tez bir zamanda və tam peşəsinə uyğun iş tapmalarına yardımcı olur. Hətta, Kanada kolleclərindən məzun olan tələbələrin 90 faizi məzuniyyətlərindən sonrakı ilk 6 ay içərisində iş tapa bilirlər.
Kanada kollec və institutlarının bu uğurları önəmli sponsorlardan gələn tövsiyələr və birgə, müştərək çalışmaya dayanan təhsil uğurundakı təcrübədən irəli gəlməkdədir.
Eyni zamanda təhsil müddəti dövründə savadı, xüsusi istedadı ilə seçilən tələbələrin subyektiv təklifləri ilə yerli şirkətlərə tətbiq edilən araşdırma və firmaların müştərək inkişafı da dəstəklənməkdədir.
Kanada kollec və institutlarının inkişafı ilə bağlı Denise Amyot, bunları söyləmişdir: “Son texnoloji nailiyyətlərin, xüsusi araşdırma və təhsil xidmətlərinin sayəsində kollec və institutlar Kanadanın iqtisadiyyatını irəliyə doğru aparan bir hüquqa sahibdir”.
Kanada kollec və institutları eyni zamanda beynəlxalq platformada da yer almaqdadır və bu çox köklü əlaqələrdən ibarətdir. Zaman içində qazandıqları təhsil nailiyyətləri, yetişmiş ziyalıları, tələbələrinin hesabına digər ölkələr tərəfindən də böyük rəğbətlə qarşılanmaqdadır. Bu vəziyyət bir çox kollec və institutların tələbə hərəkətliliyini, təhsil və təcrübə qazanmaq kimi məsələlərdə bir sıra təhsil qurumları ilə əlaqələri daha da möhkəmləndirib inkişaf etdirir. Həm də Kanada bu kimi təhsil uğurları nəticəsində dünyanın bir çox fərqli yerindən gələn çoxlu sayda tələbələrə ev sahibliyi etmiş olur.
Bu tələbələr sertifikatlı proqramları, yüksək ali təhsil, elmi dərəcə və adlara sahiblənmiş olurlar. Bu durum xüsusilə təhsillərinə başqa bir dövlətdə başlayıb Kanadada tamamlamaq istəyən tələbələr üçün önəmli bir fürsətdir.
Təhsil alan tələbələrin bir üstünlüyü də ondadır ki, əldə etdikləri bilikləri nəzəri olaraq öyrəndikdən sonra onu praktik həyatda tətbiq etməyi də təhsil aldıqları tədris ocaqlarında tam mükəmməl şəkildə öyrənirlər.
Bu ölkənin kollec və institutları dünyanın dörd bir yanından gələn tələbələrini təkcə savadlandırmaqla kifayətlənmir, eyni zamanda həmin ölkələrin təhsil layihələrində onlara peşəkar dəstəyini göstərir, yeni –“ yeni layihələr, çeşidli proqram paketləri təklif edir. Denise Amyot müsahibələrinin birində həm də vurğulayır ki, “Kanada kollecləri əcnəbi tələbələr üçün mədəni dəyişimi reallaşdırmaqda mükəmməl bir mühit formalaşdırır ki, bunun özü təhsil amili qədər önəm və böyük əhəmiyyət kəsb edir”.
Beləliklə, müəyyən qədər də olsa xaricdə təhsil almaq arzusunda olan tələbələr üçün maarifləndirici xarakter daşıyan Kanada təhsilini araşdırmış olduq. Dünya təhsilinə inteqrasiya etmək, onun önəm kəsb edən üstün keyfiyyətlərindən yararlanmaq, bu təcrübəni öyrənmək, genişləndirmək və əldə etdiyimiz yeni bilikləri istehsala tətbiq etmək əlbəttə ki, Azərbaycan gənci, Azərbaycan təhsili və elmi üçün böyük nəticədir. Bu yolda hər birimizə uğur olsun!
Qumru Abdullayeva,
İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz