Göydən üç alma düşmədi

2017-ci il 7 oktyabr tarixində İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin Uşaq şöbəsinin “Nağıl otağı”nda kitabxananın balaca oxucuları ilə növbəti dəfə “Nağıl gecəsi” keçirilib. Gecənin təşkilatçısı kitabxananın əməkdaşı İnqa Namazova olub.
Göydən üç alma düşmədi
O, Azərbaycan xalq nağıllarından olan “Bostançı və Şah Abbas” nağılı haqqında ətraflı məlumat verib.
Nağılın tərbiyəvi əhəmiyyəti, balacalara çatdırılmasının vacib məqamları izah olunub. Geniş açıqlamadan sonra nağıl onu dinləmək həvəsində olan balacalara oxunub.
Sonda göydən üç alma deyil, balaca dinləyicilərin nağılın ideya əhəmiyyətindən doğan sualları yağıb.
Bacarıqlı kitabxana işçisi İ.Namazova verilən sualları balacaların razı qalacağı tərzdə cavablandırıb.
Lalə Məmmədova,
kitabxananın işçisi

Şərh Yaz