Yaddas kitabcasi

Yeni kitablarla tanışlıq

Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.
Yeni kitablarla tanışlıq    Bu fikirlər oktyabr ayının 6-da MKS-nin Uşaq şöbəsində kitabxana fonduna daxil edilmiş yeni kitabların biblioqrafik icmalı aparılan tədbirdə səslənib.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Rəna Süleymanova açıb. O, əvvəlcə oxucuları “Yeni kitablar” adı altında təşkil olunmuş sərgi ilə tanış edib, hər kitab haqqında ayrılıqda qısa məlumat verib. R.Süleymanova tədbirə toplaşan oxucuları kitabxana ilə müntəzəm əlaqə saxlamağa dəvət edib.
Yeni kitablardan oxunan kiçik hekayələr dinləyicilərin marağına səbəb olub.
İnqa Namazova,
kitabxananın işçisi

Şərh Yaz