Təbrik

Elə bu günlərdə uzun illər yol mütəxəssisi kimi çalışmış, Azərbaycan Respublikasının Əməkdar mühəndisi, “Şöhrət“ ordenli Kazımov Xəqani İsmayıl oğlunun 65 yaşı tamam oldu. Təbrik
Respublikamızın yol təsərrüfatında, ən ucqar yaşayış məntəqələrinə – Lahıca, Lazaya, Xınalığa çəkilmiş yollarda X.Kazımovun unudulmaz gəncliyi, hamının minnətdarlıq ifadə etdiyi zəhmət payı var.
Xəqani Kazımovu nəsillərinin layiqli nümayəndəsi kimi sevən, özlərinə arxa-dayaq bilən Musa, Əlövsət, İsmət, Zakir, Zahid, Əli, Səmayə, Südabə, Kifayət və Sona onu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona qarşıdakı ömür yolunun daha rahat və mənalı olmasını arzulayırlar.
Zəhmətkeş, səxavətli, xeyirxah, elini-obasını qəlbən sevən əzizimiz – Xəqani İsmayıl oğlu, canın sağ, ömrün uzun olsun! Tanrı səni qorusun!
Г‡əkdiyin yollarla qalxdın dağlara,
Məskənin həmişə ucalıq olsun.
Gəncliyin kamillik bəxş etdi sənə,
Nəsibin şərəfli qocalıq olsun!
Dərin hörmətlə: əzizlərin – Nizami və Nəzifə Cabbarovlar
Bu təbrikə “İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyəti də qoşulur.

Şərh Yaz