Məqsəd təcrübə mübadiləsi olub

eTwinning Plus layihəsi çərçivəsində 04-06 oktyabr 2017-ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində “Müəllimlərin elektron –“ virtual əlaqəsi” adlı kontakt seminar keçirilmişdir. Seminarda Təhsil Nazirliyi nəzdində yaradılmış işçi qrupu tərəfindən seçilmiş İsmayıllı rayon 1 nömrəli tam orta məktəbin müəllimləri Surə Mehdiyeva və Şükufə Nəcəfova iştirak etmişlər.
Məqsəd təcrübə mübadiləsi olub              Seminarın əsas məqsədi “eTwinning Plus” layihəsi çərçivəsində reallaşacaq təhsil layihələrində müasir tədris metodologiyalarının tətbiqinin müzakirəsi və bu sahədə olan təcrübə mübadiləsi olmuşdur. Tədbirdə “eTwinning Plus” layihəsi çərçivəsində fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə təlimlər də təşkil olunmuşdur.
“İsmayıllı xəbərləri”

Şərh Yaz