Rahatlıqdan hamı bəhrələnir

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust ayının 24-də rayonun Buynuz kəndində sakinlərlə görüş-qəbul keçirib.
Rahatlıqdan hamı bəhrələnir
Ölkədəki ictimai-siyasi durumdan, iqtisadi inkişafdan söz açan M.Sadıqov qazanılan nailiyyətlərin bölgələrdəki təzahüründən də söz açıb. O bildirib ki, qazanılan nailiyyətlər durmadan davam etdirilməkdədir. İstənilən yaşayış məntəqəsi yeniləşən infrastrukturun rahatlıqlarından bəhrələnməkdədir. Başçı görülmüş işlərlə yanaşı, həlli vacib olan məsələlərə də toxunub.
Qəbuldakı çıxışlarında sakinlər kəndin mərkəzi küçəsinin asfaltlaşdırılması, bir məhəllədə elektrik transformatorunun daha güclüsü ilə əvəzlənməsi, poçt şöbəsi və uşaq bağçası üçün bina tikilməsini, kəndin torpaqlarını yumaqda davam edən Göyçay çayının Buynuz kəndinə yaxın keçən hissəsinə mühafizə bəndinin qurulmasına ehtiyacı əsas problemlər kimi diqqətə çatdırıblar.
Görüş-qəbulda gənclərin faydalı əməklə məşğulluğu və keyfiyyətli təhsil alması məsələləri də söhbət mövzusu olub.
Sonda M.Sadıqov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Ş.Soltanov

Şərh Yaz