İqtisadi inkişaf kursu dəstəklənir

Sentyabr ayının 7-də İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqovun İsmayıllı şəhərində 9 saylı Yol İstismar Sahəsinin iclas zalında idarəətrafı ərazidə yaşayan sakinlərlə səyyar görüş-qəbulu keçirilib.
Qəbulda RİH başçısı ilə yanaşı, Milli Məclisin üzvü Novruzəli Aslanov, eləcə də xidmət idarələrinin rəhbərləri iştirak ediblər. Qəbul zamanı ərazinin bir sıra problemləri diqqət mərkəzində olub.
İqtisadi inkişaf kursu dəstəklənir
İqtisadi inkişaf kursu dəstəklənir
Məhəllə sakinləri adından çıxış edən Səmid Baxışov ölkədə, eləcə də rayonda həyata keçirilən iqtisadi inkişaf kursunun dəstəkləndiyini diqqətə çatdırıb. Aparılan tikinti-abadlıq işlərindən razılığını bildirib. Eyni zamanda, məhəllədəki “Xeyir-şər evi”nə qaz və su xətti çəkilməsinin, həmin binanın önünə asfalt vurulmasını, elektrik enerjisi haqlarının ərazidəki poçt şöbəsinə ödənişi üçün müvafiq aparatın qoyulması vacibliyini diqqətə çatdırıb.
Şəhər sakini Hamən Г‡ələbov RİH-nin başçısı M.Sadıqova və millət vəkili N.Aslanova əhali ilə müntəzəm keçirilən görüşlərə görə təşəkkür etməklə yanaşı, Qarabağ müharibəsi veteranlarının pensiyaya çıxarkən onlara verilən kommunal güzəştlərin ləğv olunduğunu bildirib və millət vəkilindən xahiş edib ki, həmin güzəştlərin saxlanması məsələsini Milli Məclisə çatdırsın.
Birinci qrup Qarabağ müharibəsi əlili Əlisahab Əzizov ona çatacaq sığorta haqqının alınmasına köməklik göstərilməsini xahiş edib.
Görüş-qəbulda iştirak edən Günay Fərəcullayeva, Səməd İbadov, Leyla Dünyamalıyeva, Zeynəb Abdullayeva müvafiq işlə təmin olunmalarını xahiş ediblər. Əliağa Həmidov əlil həyat yoldaşına araba verilməsini, müalicəsi üçün maddi yardım göstərilməsini xahiş edib.
Məhəllənin sakini Fuad Tağıyev ərazidəki çoxmənzilli yaşayış binalarının əsaslı təmirinə görə minnətdarlıq edib. Həm də bildirib ki, binaların abadlaşdırılan həyətlərində hələ asfalt olunacaq yerlər vardır və dam örtükləri yenidən qurularkən havalandırma üçün pəncərələr qoyulmayıb.
Millət vəkili N.Aslanovun qəbulda olması fürsətindən istifadə edən F.Tağıyev notarial qaydada sənədlərin təsdiqi üçün tələb olunan dövlət rüsumlarının, vətəndaşlar tərəfindən qaydaların pozulmasına görə cərimələrin çox yüksək olduğundan, cərimələrin vətəndaşlar aldığı əməkhaqqı ilə uyğunsuzluğundan gileylənib.
Sonda RİH başçısı M.Sadıqov ölkədə son bir neçə ildə qazanılan nailiyyətləri sadalayaraq bu uğurların aparılan siyasi kursun məntiqi nəticələri olduğunu bildirib. O, bu siyasətin durmadan, uğurla davam etdiyini söyləyib. Qəbulda gənclərin layiqli vətəndaş kimi formalaşdırılması, milli-mənəvi, əxlaqi dəyərlərin qorunması və inkişaf etdirilməsi məsələsinə də toxunulub.
M.Sadıqov sakinlərin qaldırdığı problemlərin həlli ilə bağlı əlaqədar xidmət idarələrinin
nümayəndələrinə göstərişlər verib.
Qəbulda olan sakinlər onları narahat edən problemlərin həllində göstərilən dəstəyə və diqqətə görə ölkə prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Ş.Soltanov

Şərh Yaz