Növbəti məşğələnin mövzusu –“ “Təhsil millətin gələcəyidir”

İsmayıllı təhsili tarixi ənənələrini yaşadaraq, bu sahədəki dövlət siyasətini uğurla həyata keçirir və ardıcıl olaraq yüksək nəticələr qazanır. Keçirilməsi ənənə halı almış “Təhsil bayramı” ərəfəsində “Heydər Əliyev İdarəetmə Məktəbi”nin “Təhsil millətin gələcəyidir” mövzusunda növbəti məşğələsi keçirilib.
 Növbəti məşğələnin mövzusu  –“  “Təhsil millətin gələcəyidir”
 Növbəti məşğələnin mövzusu  –“  “Təhsil millətin gələcəyidir”
 Növbəti məşğələnin mövzusu  –“  “Təhsil millətin gələcəyidir”
 Növbəti məşğələnin mövzusu  –“  “Təhsil millətin gələcəyidir”
 Növbəti məşğələnin mövzusu  –“  “Təhsil millətin gələcəyidir”
Məşğələni giriş nitqi ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova deyib:
– “Artıq 4 ildir ki, biz siyasi, ideoloji, sosial-iqtisadi, təhsil, mədəniyyət və digər sahələrlə bağlı problemləri, növbəti inkişaf yollarını “Heydər Əliyev İdarəetmə Məktəbi”nin məşğələlərində müzakirə edir və öyrənirik. Bugünkü məşğələmizi “Təhsil millətin gələcəyidir” devizi altında keçirməyi qərara almışıq. Ümummilli liderimiz Heydər Əliyevin çox böyük müdrikliklə dediyi bu sözlər hər bir düşünən, bölgəsinin, ölkəsinin gələcəyi üçün özünü məsul bilən insan bu həqiqətə əsaslanıb səmərəli fəaliyyət göstərir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi müddətdə təhsilə diqqət və qayğı ilə yanaşıb, onun təkmilləşməsi və inkişafı üçün vacib qərarlar verib. Cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursun mərkəzi xəttini də Heydər Əliyevin təhsil siyasəti təşkil edir. Nəticələr də bir çox istiqamətlərdə özünü göstərir. Г‡oxsaylı məktəblər, uşaq bağçaları, idman kompleksləri, digər təhsil müəssisələri tikilib. Yetişən nəsillərin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Fasiləsiz təhsilin uğurlu nəticələr verməsi üçün təminatlı maddi baza və təlim şəraiti mövcuddur. İsmayıllının timsalında bunları daha aydın görmək mümkündür”.
Sonra mövzuya dair İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov məruzə edib.
Əməkdar müəllim Şəfaqət Rəsulov “İnnovativ və elektron təhsil İsmayıllı məktəblərində”, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru, dosent Kəmalə Süleymanlı “Ali və orta ixtisas təhsili təkmilləşir, inkişaf edir”, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov “Peşə tədrisi ölkədə müasir əsaslarda yenidən təşkil olunur, inkişaf edir” mövzusunda çıxış ediblər.
Şəhər 6 nömrəli tam orta məktəbinin gümüş medallı, 695 bal toplamış məzunu Murad Ağazadə çıxışında əldə etdiyi uğurlara, gənclərin hərtərəfli inkişafı üçün yaratdığı şəraitə görə ölkə rəhbərinə, müəllimlərinə, təhsilə, gəncliyə dəstək olan təşkilatlara minnətdarlığını bildirib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təcrübəli təhsil işçisi, dövlət təhsil siyasətinin həyata keçirilməsində uzun illər iştirak etmiş mütəxəssis kimi Heydər Əliyevin təhsil siyasətinin bugünkü yüksək nəticələrindən, Prezident İlham Əliyevin Azərbaycan təhsilinin təkmilləşdirilməsi, müasir zamanın tələbləri səviyyəsinə çatdırılması, beynəlxalq təhsil sisteminə inteqrasiyası ilə əlaqədar həyata keçirildiyi tədbirlərdən ətraflı danışıb. Qeyd edib ki, sabahın sürətli inkişafı bu günün təhsili ilə sıx əlaqədardır. Bu həqiqəti başa düşən İsmayıllı müəllimləri öyrətmək və öyrənməkdə səmərəli fəaliyyət göstərirlər. Qəbul imtahanlarında məzunlarımızın, diaqnostik qiymətləndirmədə müəllimlərimizin əldə etdikləri uğurları bunu sübut edir.
M.Sadıqov məhsuldar əməklərinə görə pedaqoji işçilərə təşəkkürünü bildirib, yeni dərs ili və “Təhsil bayramı” münasibətilə onları təbrik edib.
G.Mirzəliyeva

Şərh Yaz