Arıçılarının ümumi yığıncağı keçirilib

15 sentyabr 2017-ci il tarixdə rayon Kənd Təsərrüfatı İdarəsində Azərbaycan Arıçılar Assosiasiyasının (AAA) İsmayıllı rayon arıçılarının ümumi yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov acıb və rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun adından tədbir iştirakçılarını salamlayıb, yığıncağın işinə uğurlar arzulayıb.
Arıçılarının ümumi yığıncağı keçirilib                Yığıncaqda AAA-nın yaranma zərurəti və tarixçəsi mövzusunda sədr müavini Sabir Mustafayev çıxış edib. Assosiasiyanın əhəmiyyəti ölkə iqtisadiyyatında rolu, görülən işlər və qarşıda duran vəzifələr barədə AAA-nın sədri Bədrəddin Həsrətov danışıb. Təşkilatın strukturu, seçkili orqanları, üzvlük haqqı və seçkilərin keçirilməsi qaydaları barədə isə AAA-nın təşkilat komitəsinin və nəzarət-təftiş komissiyasının sədri Şahin Cəfərov məlumat verib.
Sonra arıçılar çıxış edərək mövcud problemlər və onların aradan qaldırılması ilə bağlı öz fikirlərini bildiriblər. Arıçılar onları narahat edən məsələlər barədə AAA-nın nümayəndələrinə suallar veriblər.
Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Arıçıların ümumi səsverməsi ilə İvanovka kənd sakini Andrey Antifeyev Azərbaycan Arıçılar Assosiasiyasının İsmayıllı Rayon Arıçılar Birliyinin sədri, Tircan kənd sakini İslam Fətəliyev isə AAA-nın İsmayıllı Rayon Arıçılar Birliyinin nəzarət-təftiş komissiyasının sədri seçilib.
Elşən İsmayılov

Şərh Yaz