Kompleksdə tikinti işi davam edir

İsmayıllı rayonunun Keyvəndi kəndində 1500 başlıq müasir heyvandarlıq kompleksi tikilir. Kompleksə birinci mərhələdə “Aqrolizinq ASC” nin xətti ilə 300 baş “Holşten-friz” cinsli südlük heyvanlar
gətirilməsi planlaşdırılır. Heyvanların saxlanılacağı tövlənin tikintisi başa çatdırılıb, avadanlıqlar quraşdırılıb.Kompleksdə tikinti işi davam edir               Sağım və doğum binasının da avadanlıqlarının quraşdırılması, buzovların saxlanılması üçün beton örtüklü meydança tikintisi başa çatmaq üzrədir. Bundan başqa, kompleksdə yem emalı üçün avadanlıqlar quraşdırmaq üçün hazırlanıb, texnika üçün qaraj tikilib, yük maşınları üçün tərəzi quraşdırılıb.
Kompleksə gətiriləcək heyvanların yemlə təmin olunması məqsədilə 400 hektara yaxın sahədə əkilmiş taxıl və yem bitkiləri toplanaraq, yem ehtiyatı yaradılıb.
Əsmər Abbasova

Şərh Yaz