“Qızlar düşərgəsi”nin iştirakçıları İsmayıllı şəhərində

Beynəlxalq Təhsil üzrə Amerika Şurası “Əkses Təhsil” MMC-nin tərəfdaşlığı ilə “Г‡inar” istirahət mərkəzində dincələn 14-16 yaşlı 42 nəfər qız İsmayıllı şəhərinə səfər edib. Onlar Heydər Əliyev Mərkəzində, İsmayıllı Mədəniyyət Mərkəzində, Uşaq kitabxanasında, Olimpiya-İdman Kompleksində və İsmayıllı Uşaq Əyləncə Parkında olublar. “Qızlar düşərgəsi”nin iştirakçıları İsmayıllı şəhərində
Düşərgə sakinləri Heydər Əliyev Mərkəzində musiqi proqramı ilə qarşılanıb, Mərkəzdə dərnəklərin fəaliyyəti ilə tanış olub, sərgilərə və eksponatlara baxıblar. Uşaq Əyləncə Parkı ilə tanışlıq zamanı çay süfrəsi arxasında şagirdlərə İsmayıllının tarixi, sosial-iqtisadi inkişafı barədə geniş məlumat verilib. Yüksək diqqət və qayğıya görə layihə iştirakçıları rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirib, xoş təəssüratla düşərgəyə qayıdıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz