Yaxşılıq haqqında düşüncələrim

Bu yazımı yaxşı insanlara ithaf edirəm!
Bu yazıma başlamazdan əvvəl istərdim ki, olmuş bir hadisəni nəzərinizə çatdırım. Mövzumuz xeyirxahlıq barədədir.
–¦ Günəş öz odlu arabasında göy üzündə səyahətə çıxmışdı. O, şən və vüqarlı idi, şüalarını səxavətlə hər tərəfə səpələyirdi. Ətrafdakılar da şən idilər. Təkcə bulud hirsli-hirsli günəşə baxaraq söylənirdi:
– Г‡ox bədxərcsən! Səpələ, səpələ işığını! Görək axıra nəyin qalacaq!
Yaxşılıq haqqında düşüncələrim
Yaxşılıq haqqında düşüncələrim
Yaxşılıq haqqında düşüncələrim
Yaxşılıq haqqında düşüncələrim
Yaxşılıq haqqında düşüncələrim
Yaxşılıq haqqında düşüncələrim

Bu yazımı yaxşı insanlara ithaf edirəm!
Bu yazıma başlamazdan əvvəl istərdim ki, olmuş bir hadisəni nəzərinizə çatdırım. Mövzumuz xeyirxahlıq barədədir.
–¦ Günəş öz odlu arabasında göy üzündə səyahətə çıxmışdı. O, şən və vüqarlı idi, şüalarını səxavətlə hər tərəfə səpələyirdi. Ətrafdakılar da şən idilər. Təkcə bulud hirsli-hirsli günəşə baxaraq söylənirdi:
– Г‡ox bədxərcsən! Səpələ, səpələ işığını! Görək axıra nəyin qalacaq!
Yaxşılıq haqqında düşüncələrim
Yaxşılıq haqqında düşüncələrim
Yaxşılıq haqqında düşüncələrim
Yaxşılıq haqqında düşüncələrim
Yaxşılıq haqqında düşüncələrim
Yaxşılıq haqqında düşüncələrim
Üzümlüklərdə isə hər bir üzüm giləsi günəşin şüasını udub sevinirdi. Elə bir ot, böcək, çiçək yox idi ki, günəşdən öz payını almasın.
– Hə payla öz şüalarını, payla – bulud heç cür sakitləşə bilmirdi: – Dağıt öz dövlətini! Bir gün verməyə heç nəyin qalmayacaq. Onda baxarıq, görək onlar sənə necə təşəkkür edəcəklər!
Günəş isə göydə fərəhlə diyirlənərək şüalarını paylamaqda davam edirdi.
Batmaq vaxtı gələndə günəş şüalarını saydı və məlum oldu ki, onların hamısı, hətta ən kiçiyi də öz yerindədir!
Bundan xəbər tutan bulud elə təəccübləndi ki, elə oradaca yağışa çevrilib yerə töküldü.

***
… Hər məramın arxasında mütləq bir niyyət durur. Yaxşı və ya bədxah. İnsan kimə və niyə yaxşılıq etdiyinin fərqində olmalıdır. Və əslinə baxsan yaxşılıq da, pislik də müəyyən mənada insanın xarakterinin cizgiləridir desək yanılmarıq. Ona görə də deyirlər ki, insanlar iki cür olur: Yaxşılar və Pislər. Mənin öz aləmimdə isə insanları iki qismə bölürəm –“ düzgün və əyri olanlar.
Unutmaq olmaz ki, insanlar hüquq qarşısında özgürdürlər, hürr və azad İNSAN olmaq baxımından bərabərdirlər, amma… yaxşılarla pislər qətiyyən bərabər deyillər və ola da bilməzlər. Mən bu gün yaxşı insanlar haqqında yazmaq istəyirəm. Yer üzündə az qala kökü kəsilməkdə olan canlılar kimi “QIRMIZI KİTAB”a düşməyə layiq olan, günü-gündən sayı azalmaqda olan, amma, hələ də var olan və yaxşı əməlləri ilə insanlara örnək olası və başqalarını da yaxşı əməllərə sövq edən Yaxşı insanlar haqqında yazmaq keçdi ürəyimdən.
İndiyədək bir çox yaxşı insan, yaxşılıq, xeyirxahlıq, nəcib və savab işlər barədə yazmışam. Normal qarşılanan da olub, qarşılanmayan da. Təbii ki, bir iş görüləndə razı qalanlar da olur,
razı olmayanlar. Belə şeylərə heç vaxt reaksiya verməmişəm. Sadəcə, demişəm ki, hərə öz düşündüyünü çatdırır.
Qədim Şirvanın dilbər guşəsi sayılan Basqal qəsəbəsində bu gün quruculuq işləri gedir. Burada xəstəxana, məscid, mədəniyyət evi, məktəb binası tikilmir. Ulu Basqalın qədimliyini, tarixini özündə ehtiva edən Hamam binası illərdir ki, fəaliyyətsizdir. Yenidənqurma dövründən sonra bütün Basqala, hətta yaxın kəndlərin sakinlərinə də iki növbə əsasında xidmət göstərən qədim hamamın qapısına qıfıl vuruldu. Və o vaxtdan mədəniyyət abidəsi kimi qorunmağa başladı. Amma elə üzərində lövhə asılmış bu binaya nə giriş var idi, nə də elə bir fəaliyyəti hiss olunurdu.
Bu günlərdə eşitdik ki, bir tərəfi uçubmuş. Bu xəbəri eşidən kimi Basqalda olan “Facebook” dostlarımdan xahiş etdim ki, mövcud şəkilləri çəkib mənə təqdim etsinlər. Məqsədim həyəcan siqnalı vermək idi. Lakin şəkillər mənə çatdırılmadı. Özümün də müəyyən səbəblərə görə yolum Basqal düşmədi. Nə yaxşı ki, orada yay istirahətini keçirən işgüzar, təşəbbüskar dostumuz Г‡ingiz Məhərrəmov həyəcan siqnalı verdi. Özünün yaratdığı 1957-ci ildə anadan olmuş basqallılardan ibarət qrupun üzvlərinə xəbər çatdırdı. Tez bir zamanda Basqal qəsəbə icra nümayəndəsi Novruz Əsədova müraciət edib köməklik istədi. Və Г‡ingizin səsinə səs verən Novruz müəllim də qrupun üzvlərindən Kavus Quliyev, Fərman Hüseynov, Cilovxan Əliyev, Ələsgər Xəlilov ilə birlikdə Basqalda dincələn basqallıları da köməyə çağırdı. Atalar burada yaxşı deyiblər də: “El gücü, sel gücü”.
Tez bir zamanda Novruz Əsədovun və Г‡ingiz Məhərrəmovun rəhbərliyi altında işə başlandı. Görüləcək işlərə İmaməli Əhmədov, Bürhan Qasımov, Tofiq Mürsəlov, Nadir Şəfiyev, Bəxtiyar Cəfərov da qoşuldu, həm maddi yardım göstərdi, həm də abadlıq işlərində yaxından iştirak etdilər.
Kəndimizin ziyalılarından Elton Əliyev, Elxan Mirzəyev. Allahverdi Bağırov, İlham Ağayev, Ədalət Cəfərov, Cavid Nağıyev də maliyyə köməkliyi etdilər.
Kəndin tanınmış adamlarından olan Qaragöz Cəfərov, Qasım Məlikov, Mais Bağırov, Rəşid Həsənov, Fariz Mövlamov, Davud bəy, Rövşən, Cavid Cavadov, Akif Zeynalov, İslam Cəfərov, Əli Bağırov, Heydər Cəbrayılov, Teyfur Hüseynov və digərləri də həm material, həm də texnika sarıdan xeyli köməklik göstərdilər.
Məscidin ətrafı, qədim Basqalın mərkəz meydanının bir hissəsi təmir edilib, bazarın başındakı Г‡inarın ətrafı təmizlənib. Qrupun bu işindən xeyli qabaq Elzar Ağayevin rəhbərlik etdiyi qrup da Basqal üçün bir sıra quruculuq işlərini həyata keçirib.
Dünyamızda hələ də var olan pisliklərin aradan qaldırılması üçün çalışan, ürəyi xeyirxah duyğularla dolu, niyyət və əməllərinin qayəsində kimlərəsə yaxşılıq etmək duran, amalında sülhpərvərlik duyğuları kök salan, bəzən gündəlik hərəkət planında bir şey edə bilməzsə də, ürəyində bunun niyyətinə sahib olan kimsələrdir Yaxşılar!
Bu yaxşılardan biri də Novruz Əsədovdur. Ötəndəfəki görüşümüz zamanı aramızda maraqlı bir söhbət olmuşdu. O da basqallıları Basqala, onun quruculuq-abadlıq işlərinə cəlb etməkdən ibarət idi. Budur, basqallılar sizin səsinizə hay verdi Novruz müəllim. Sözümü təsdiqləyən Basqal qəsəbə icra nümayəndəsi Novruz müəllimlə söhbətimiz əsnasında o, bildirdi ki, əli işdən soyutmaq olmaz. Belə bir iş inişil kəndə gələn su xəttinin bərpası ilə bağlı idi. Onda da camaatımız öz sözünü dedi. Hamı da olmasa, kəndin hər məhəlləsinin nümayəndələrinin iştirakı və gücü ilə uzun məsafədən gələn su xəttinin təmiri, bərpası işi də mütəşəkkilliklə başa çatdırıldı. Camaatımız çox işgüzar, təşəbbüskardırlar. Onlar bizdən çox şey umurlar. Amma tək əldən səs çıxmır. Elin gücü ilə görülən işin davamı gəlir. Bu da qeyd etdiyim işlərdən biridir.
Nəzərinizə çatdırım ki, qəsəbənin ümumi kanalizasiya sisteminin tarixi barədə az-çox bilirsiniz. Uzun illər ərzində kəndin tarixini müəyyən edən bu qədim memarlıq kompleksinə də baxımsızlıq ucbatından zərər dəyib. Kanalizasiya sisteminin Kələküçə ərazisindəki hissəsində kəndin cavanlarının canıyananlığı sayəsində təmizlik bərpa işləri görüldü, yaranmış problem tez bir zamanda aradan qaldırıldı.
Mən həmişə elimizin cavanlarına arxalanmışam, ziyalılarına güvənmişəm, imkanlı adamlarından ummuşam. Məqsədim Basqalı həmişəcavan görmək, qədimliyini qoruyub saxlamaq və heç olmasa yay aylarında turistlərin ayaqlarını bizim kənddən də salmaqdır.
Və sonda onu da deyim ki, əslində kamil insanın niyyətinin qayəsi də elə bu olmalıdır. İnsan yaxşı əməlinin əvəzini kimdən umursa, mükafatını da ondan alır. Əgər birinə kömək edəndə nə vaxtsa onun sənin borcundan çıxacağını düşünürsənsə, həmin yaxşılığı verilmiş bir borc kimi düşünürsənsə, əlbəttə qarşılığında alacağın ürəyincə olmayacaq. Г‡ünki uca Yaradan dünyanı istəyənlərə dünyanı, axirəti istəyənlərə isə axirətini verir. Və hər kəs öz niyyətinin əvəzini alır.
Və lap sonda bu da məndən:
Xeyir günəş kimi şəfəqlənərək,
Gülür insanlığın ilk mənasıtək!..
Xeyirlə ucalır aləmdə bəşər,
Onun övladıdır hər böyük zəfər!
Xeyir –“ ölməzliyin ilk səhəridir,
Günəşli vicdanın şah əsəridir!
Xeyirdir insanın dövləti, varı,
Allah da çox sevir xeyirxahları!
Daşdəmir ƏJDƏROДћLU
“ƏDALƏT VƏ HƏQİQƏT” qəzeti, 19 avqust 2017-ci il

Şərh Yaz