Savab iş

Ata-babalarımız su çəkmək, bulaq abadlaşdırmaq, dəyirman tikmək, yol açmaq, ağac əkmək, körpü salmaq kimi işləri savab sayıblar. Bu adət-ənənələri indi davam etdirənlər çoxdur. Belə xeyirxah insanlardan biri Vətəndən xeyli uzaqda –“ Rusiya Federasiyasının Orenburq vilayətində yaşayan həmyerlimiz İlkin Azad oğlu Həsənovdur.Savab iş                        Bu yaxınlarda doğma Azərbaycana gələn İlkin rayonumuzun Soltankənd kəndinə olduğu günlərdə kəndin qəbiristanlığında uyuyan yaxınlarının qəbirlərini ziyarət etdi. Qəbiristanlıqda təmizlik işləri aparmaq, oraya içməli su çəkmək qərarına gəldi. Kəndin cavanlarını, həmyaşıdlarını səfərbər edib qısa müddətdə düşündüklərini həqiqətə çevirdi. İndi kəndin qəbiristanlığında günün istənilən anında sudan istifadə edib bu xeyirxahlıqda zəhməti olanların ölənlərinə Allahdan rəhmət diləyir, səbəbkarın işinə avandlıq, qazancına bərəkət arzulayırlar. Etdiyi xeyirxahlığa görə bu gün kənddə hamı İlkinə: “Atanın çörəyi, ananın südü sənə halal olsun!” –“ deyir.
Kəndin özündə də xeyirxah işlərə can atanlar çoxdur. Bir neçə il əvvəl Nemət Şükürov qardaşları Mayis, Orxan, Zəfər və Qabillə birlikdə qəbiristanlığın xeyli hissəsinə vəsaitləri hesabına çəpər çəkdilər. Bir həqiqət də var ki, xeyirxah insanlar elinə, yurduna, Vətəninə sədaqətli olurlar.
Daha bir xeyirxah eloğlumuz –“ Rusiyanın Bryansk vilayətində yaşayan Məhyəddin Xamoyev valideynlərinin xatirəsinə kənd qəbiristanlığına yaxın ərazidə artezian quyusu qazdırıb. Kənd sakinləri bu sudan məişətdə istifadə edirlər. Su sərbəst axdığı vaxtlarda xüsusi sututarda cəmlənir. Bu da kənddəki mal-qaranın suvarılması üçün önəmli əhəmiyyət daşıyır.
Vətəndən uzaqda yaşamalarına baxmayaraq elimizin bu xeyirxah oğullarını alqışlayır, qazanclarının bol, canlarının salamat, işlərinin avand olmasını arzulayırıq. Əminik ki, xeyirxah insanları Tanrı heç zaman darda qoymaz.
Nizami Nadirov,
Soltankənd kəndi

Şərh Yaz