Minnətdarlıq məktubu

Redaksiyadan: Cəmiyyətdə, bizi əhatə edən mühitdə çatışmazlıqları, xoşa gəlməyən məqamları rəssam təxəyyülü ilə çəkdiyi karikaturalarda göstərə bilən Yusif Həsənov xeyli vaxtdır bizimlə əməkdaşlıq edir, qələmə aldıqlarını redaksiyamıza gətirir. Bu dəfə gətirdiyi karikaturaya aşağıdakı minnətdarlıq məktubunu da əlavə edib:
Hörmətli redaksiya, istirahət və sağlamlığımı bərpa etmək məqsədi ilə bu ilin iyul ayında “Şıxov” sanatoriyasında oldum. Sanatoriyanın işgüzar kollektivinin bura üz tutanlara göstərdiyi xoş, səmimi münasibəti ürəkdən bəyəndim. Bu kollektivə sanki ən gülərüz, mehriban, qayğıkeş insanları cəmləyiblər.
Sanatoriyanın bir neçə şöbəsində müalicə aldım. Səhhətimdə duyduğum müsbət dəyişikliyə görə kollektivin rəhbəri Həmid həkimə, qəbul şöbəsinin həkimi Sahibə xanıma, palçıq vulkan şöbəsinin həkimi Gülxar xanıma, parafin şöbəsinin həkimi Təranə xanıma, kükürd vanna qəbulu şöbəsinin həkimi Güləbətin xanıma, su-hovuz şöbəsinin xidmətçisi Xədicə xanıma, xidmətçi Lamiyə xanıma dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Şərh Yaz