“Sülh aylığı” uğurla başa çatır

21 avqust-21 sentyabr tarixləri hər il olduğu kimi, bu il də “Sülh aylığı” elan edilib. “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda sülh və dözümlülük və milli-mənəvi dəyərlərin təbliği əsas məsələ kimi təsbit olunub. “Sülh aylığı” uğurla başa çatır
“Sülh aylığı” çərçivəsində respublikamızın bütün bölgələrində, o cümlədən də rayonumuzda da “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği” mövzularında silsilə tədbirlər keçirilib. Sülh aylığı çərçivəsində rayonun bir sıra məktəblərində, müəssisə və təşkilatlarında müxtəlif mövzulu və formalı tədbirlərlə ”Sülh aylığı” reallaşdırılıb.
Keçirilən maarifləndirici tədbirlərin əsas mahiyyəti əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla, milli-mənəvi dəyərlərin və insan hüquqlarının təbliği olub.
“Sülh aylığı”nın keçirilməsində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, İsmayıllı Peşə Tədris Mərkəzi, Rayon Təhsil Şöbəsi və hüquqi təsisatlar səmərəli tədbirləri ilə daha fəal iştirak ediblər.
“Sülh aylığı” çərçivəsində İsmayıllıda mövcud olan tolerantlıq və multikultural mühitin təbliğinə də geniş yer verilib.
Gülnarə Mirzəliyeva

Şərh Yaz