Sinif rəhbərlərinə mülki müdafiə kursu keçirilib

İsmayıllı rayonunun 2017-ci il üçün Mülki müdafiə tədbirləri planına əsasən 8 sentyabr 2017-ci il tarixdə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyinin iclas zalında İsmayıllı Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin 2, 5 və 6-cı siniflərinə rəhbərlik edən müəllimlərin iştirakı ilə mülki müdafiə kursu keçirilib.
Sinif rəhbərlərinə mülki müdafiə kursu keçirilib
Sinif rəhbərlərinə mülki müdafiə kursu keçirilib
Kursda Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin rəisi vəzifəsinin icraçısı mayor Sarvan Əsədov, şöbənin əməkdaşı baş leytenant Asim Atakişiyev, rayon Mülki Müdafiə qərargahının rəisi, rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Vüqar Muradəliyev, rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Namiq Kərimov və müəllimlər iştirak edib.
Tədbiri rayon MM qərargahının rəisi, RİH-nin baş məsləhətçisi V.Muradəliyev açıb. İştirakçıları salamladıqdan sonra kursun mahiyyəti barədə məlumat verib.
Kursda Şamaxı Regional FH və MM şöbəsinin əməkdaşı baş leytenant A.Atakişiyev tərəfindən fövqəladə hallar zamanı əhalinin mühafizəsi və təxliyyə edilməsi barədə film nümayiş etdirilib
Şamaxı Regional FH və MM şöbəsinin rəisi vəzifəsinin icraçısı mayor S.Əsədov çıxış edərək orta ümumtəhsil məktəblərində şagirdlərin MM hazırlanması barədə müəllimlərə ətraflı məlumat verib, onların qarşısında duran vəzifələrin vacibliyindən danışıb.
Rayon Mərkəzi Xəstəxanasının həkimi Malik Əliyev fövqəladə hallar zamanı ilk yardımların göstərilməsi, belə hallarda necə hərəkət edilməsi və yaralıların müalicə müəssisələrinə çatdırılması barədə nəzəri bilikləri diqqətə çatdırıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz