Yeniyetmə və gənclər arasında karate üzrə rayon birinciliyi

6 sentyabr 2017-ci il tarixdə İsmayıllı Olimpiya-İdman Kompleksində Gənclər və İdman İdarəsi Olimpiya-İdman Kompleksi ilə birgə yeniyetmə və gənclər arasında karate idman növü üzrə rayon birinciliyi keçirib.Yeniyetmə və gənclər arasında karate üzrə rayon birinciliyi               Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq iştirakçıları salamlayıb. İsmayıllı idmançılarının gündən-günə artan uğurlarının başlıca olaraq ölkə rəhbərliyinin düzgün siyasətinin nəticəsi olduğunu vurğulayıb və idmançılara uğurlar arzulayıb.
Olimpiya İdman Kompleksinin direktor müavini Anar Həsənov da öz növbəsində iştirakçıları salamlayıb və oyunun qaydaları haqqında idmançılara məlumat verib
Gərgin mübarizə şəraitində keçən yarışda müxtəlif çəki dərəcəsində qalib gələn idmançılar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.
Xəyyam Məmmədov

Şərh Yaz