Abdurrəhmanov Oqtay Qara oğlu

15 may 1938-ci ildə İsmayıllı rayonunun Mücü kəndində anadan olmuşdur. Orta məktəbi 1956-cı ildə İsmayıllıda, əla qiymətlərlə bitirmişdir. Elə həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinə daxil olmuşdur.Abdurrəhmanov  Oqtay Qara oğlu          İnstitutu 1961-ci ildə bitirən O.Abdurrəhmanov İsmayıllı rayonundakı baytarlıq laboratoriyasında həkim-seroloq kimi əmək fəaliyyətinə başlamışdır. 1962-1964-cü illərdə İsmayıllı rayon Baytarlıq Müalicəxanasında həkim-terapevt, 1964-65-ci illərdə həmin idarədə müdir müavini vəzifəsində, 1965-1970-ci illərdə isə rayon Baytarlıq İdarəsinin müdiri vəzifəsində çalışmışdır.
İşlədiyi müəssisədə işgüzarlığı, işə məsuliyyətlə yanaşması, digər müsbət keyfiyyətləri nəzərə alınan O.Abdurrəhmanov 1970-ci ildə İsmayıllı Rayon Partiya Komitəsinin III katibi vəzifəsinə irəli çəkilmiş, bu vəzifədə 4 il çalışmışdır. 1974-1981-ci illərdə isə İsmayıllı Rayon Kənd Təsərrüfatı İstehsalat Birliyinin rəisi, 1981-2012-ci illərdə isə yenidən İsmayıllı Rayon Baytarlıq Laboratoriyasında müdir vəzifəsində işləmişdir.
Halallığı, sadəliyi və zəhmətsevərliyi həmişə özünün iş prinsipi kimi qəbul edən bu xeyirxah insanın əməyi bir çox orden və medallarla dəyərləndirilmişdir.
Abdurrəhmanov Oqtay Qara oğlunun işıqlı xatirəsi onu tanıyanların qəlbində uzun müddət yaşayacaqdır.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun.
İsmayıllı Rayon İcra Hakimiyyəti,
İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsi,
Yaxın qohumlarından bir qrupu

Şərh Yaz