Görülən işlər və qarşıda duran vəzifələr

“İsmayıllı rayonunun 2017-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”in müzakirəsinə həsr olunmuş yığıncağı giriş nitqi ilə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti vəzifələrin, yeni layihələrin həyata keçirilməsi ilə əlaqədar elmi təhlillər aparır, görülən işləri obyektiv qiymətləndirir, nöqsanların aradan qaldırılması üçün optimal yollar müəyyənləşdirir.Görülən işlər və qarşıda duran vəzifələr
Görülən işlər və qarşıda duran vəzifələr     12 iyul 2017-ci il tarixdə prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası da bu baxımdan daha xarakterik idi.
Ölkə rəhbəri iclasda dərin elmi təfəkkürə, idarəetmənin müasir metodlarına, iqtisadi qanunlara, xalqın sosial həyatının yaxşılaşdırılmasından irəli gələn sifarişlərə əsaslanan giriş nitqi söyləmişdir. Qeyd etmişdir ki, Azərbaycan 2017-ci ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib. Daha sonra Prezident beynəlxalq münasibətlərdə diplomatik fəaliyyətdə bir sıra beynəlxalq forum və idman yarışlarında ölkəmizin qazandığı uğurlardan, səhiyyə və təhsil, mədəniyyət sahələrinin inkişafından danışıb. Bir daha vurğulayıb ki, məcburi köçkünlərin problemlərinin həllində Cocuq Mərcanlı xüsusi yer tutur.
Prezident İlham Əliyev yekun nitqində ölkənin mövcud sosial-iqtisadi və maliyyə durumunun dərin təhlilini verib. Hektardan 40 sentnerə yaxın məhsul götürən İsmayıllı taxılçılarının işini təqdir edib.
Eyni zamanda bildiririk ki, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələri bütünlüklə yerinə yetirmək əzmindəyik. Bu ilin 6 ayının yekunları da deyilən fikri təsdiq edir. Məhz bu gün rayonun sosial-iqtisadi inkişafının 6 aylıq yekunlarını və qarşıda duran vəzifələri müzakirə etmək üçün bir araya gəlmişik.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev hesabat məruzəsi ilə çıxış edib.
Şəhər 3 saylı məktəb-liseyin qabaqcıl müəllimi Balakişi Xudiyev, rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov, Qubaxəlilli ərazisində ən yüksək məhsuldarlıq əldə etmiş taxılçı fermer Müşfiq Həsənov, Mollaisaqlı İƏD üzrə nümayəndə Həşim Həşimov və başqalarının çıxışları dinlənilib.
Canlı, çox işgüzar şəraitdə keçən müzakirələrdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Məruzə tam mətni ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin hər gün yenilənən saytında, “İcra hakimiyyəti-fəaliyyət” bölməsində tanış ola bilərsiniz.
Azər Bədəlov

Şərh Yaz