Hamıya xoş ovqat bəxş edən konsert

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Kamera Orkestri avqustun 1-də İsmayıllıda “Talıstan Forest Park” istirahət mərkəzində konsert proqramı ilə çıxış edib.Hamıya xoş ovqat bəxş edən konsert
Hamıya xoş ovqat bəxş edən konsert     İsti yay günü olmasına baxmayaraq, istirahət mərkəzinin yerləşdiyi sərin meşə talasında, açıq səhnədə çoxsaylı tamaşaçıların izlədiyi konsertdə orkestri Əməkdar incəsənət xadimi, dirijor Fuad İbrahimov idarə edib.
Konsertdə P.Sarasatenin “Navarra”, Azərbaycan xalq mahnıları “Gəl bizə”, “Sarı gəlin” və “Qaragilə”, A.Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, F.Bədəlbəylinin “Dəniz” simfoniyası, Q.Qarayevin “İki rəqs”, Niyazinin “Qaytağı”, F.Əmirovun “Nizami”, L.Andersonun “Plink, Plank, Plunk” əsərləri səsləndirilib.
Hamıya xoş ovqat bəxş edən konsertin sonunda musiqiçilərə təşəkkürünü bildirən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycanda ənənəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalının mədəniyyətlərarası inteqrasiyada əhəmiyyətindən danışıb və növbəti festivallar çərçivəsində İsmayıllıda daha geniş konsertlərin təşkil ediləcəyinə ümidvar olduğunu söyləyib.
Şahməmməd Soltanov

Şərh Yaz