Rayonda rekord miqdarda taxıl biçilib

Dənli və dənli paxlalı bitkilərin biçini başa çatmışdır. 2017-ci il avqust ayının 01-nə olan məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə 29583 hektar sahə biçilərək məhsulu yığılmışdır.
Rayonda rekord miqdarda taxıl biçilib                       Toplanmış məhsul 105810 ton təşkil etmiş və məhsuldarlıq 35,8 sentnerə bərabər olmuşdur. Yığılmış məhsulun 80525 tonu və yaxud 76,1 faizi buğda, 21720 tonu (20,5 faizi) arpa, 3565 tonu (3,4 faizi) digər dənli və dənli paxlalı bitkiləridir. Hesabat dövründə buğdanın məhsuldarlığı 37,3 sentner, arpanın məhsuldarlığı 32,7 sentner təşkil etmişdir.
Simran Aydınov,
İsmayıllı Rayon Statistika İdarəsinin sektor müdiri

Şərh Yaz