BMT-nin nümayəndəsi İsmayıllıda olub

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanda ətraf mühütin davamlı idarəedilməsinin təşviqi üzrə milli potensialın qurulması istiqamətində tədbirlər həyata keçirir. 2014-cü ildən etibarən, Ekologioya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində meşələrin idarə edilməsi, yeni meşələrin və bağların salınması, otlaqların monitorinqi və inventarlaşdırılması, fermer təsərrüfatlarının əlavə gəlir mənbələrinə dəstək xarakterli fəaliyyətlər həyata keçirilir. BMT-nin nümayəndəsi İsmayıllıda olub
Aparılan işlərin monitorinqi və tanışlıq məqəsdilə Birləşmiş Millətlər Təşkilatı Rezident Əlaqələndiricisi və BMTİP-nın Rezident nümayəndəsi cənab Qulam İsaqzay 9-10 avqust 2017-ci il tarixlərdə İsmayıllı rayonu ərazisinə səfər edib.
BMT rəsmisi “Cənubi Qafqaz landşaftında meşə və torpaqların davamlı idarə edilməsi” layihəsi ilə bağlı Lahıc qəsəbəsində olub, yay otlaq ərazilərinə baxış keçirib. Layihə ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ilə görüş keçirib və müzakirələr aparıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz