Rayonun iqtisadi və sosial sahələri inkişafdadır

Rayonda iqtisadiyyatın digər sahələri ilə yanaşı tikintinin də öz xüsusi yeri var. Bu ilin birinci yarısında rayonun tikinti müəssisələri tərəfindən əsasən təmir və tikinti, yenidənqurma və genişləndirmə işləri həyata keçirilmişdir. Həmin tikinti müəssisələri 15852,0 min manat həcmində tikinti işləri yerinə yetirmişlər. Yerinə yetirilmiş tikinti işlərinin 77,0 faizini və ya 12210,0 min manatını tikinti, yenidənqurma və genişləndirmə işləri, 7,3 faizini və ya 1150,4 min manatını əsaslı təmir, 5,5 faizini və ya 872,5 min manatını cari təmir, 10,2 faizini və ya 1619,1 min manatını isə sair tikinti işləri təşkil etmişdir.
Dövlət mülkiyyətli tikinti müəssisələri 851,7 min manat həcmində tikinti işləri yerinə yetirmişlər ki, bu da keçən ilin ilk 6 ayı ilə müqayisədə 46,9 faiz az təşkil etmişdir.
Qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri 15000,3 min manat həcmində tikinti işləri yerinə yetirmişlər ki, bu da keçən ilin birinci yarısı ilə müqayisədə 3,8 dəfə çox təşkil etmişdir.
Yerinə yetirilmiş tikinti işlərinin ümumi həcmində dövlət mülkiyyətində xüsusi çəkisi 5,4 faiz (əvvəlki ilin müvafiq dövründə 29,1 faiz), qeyri-dövlət mülkiyyətində 94,6 faiz (əvvəlki ilin müvafiq dövründə 70,9 faiz) təşkil etmişdir.
Hesabat dövründə tikinti müəssisələrində işləyən işçilərin orta siyahı sayı 312 nəfər olmuş və bir işçiyə düşən orta aylıq əmək haqqı 253,9 manat olmuşdur
Rayonda 2017-ci ilin yanvar-iyun aylarında 2095,1 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas fondlar 36,0 faiz az istifadəyə verilmişdir. Əsas fondların 37,7 faizini dövlət mülkiyyəti təşkil edir.
2017-ci ilin ilk 6 ayında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 20619,8 min manat həcmində və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 2,1 dəfə çox investisiya yönəldilmişdir. Ümumi investisiyanın 19314,8 min manatı və ya 93,7 faizi dövlət mülkiyyətinin, 1305,0 min manatı və ya 6,3 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi ümumi investisiyanın 79,3 faizini təşkil edərək 16348,0 min manat olmuşdur.
Rayon üzrə ümumi investisiyanın 17429,7 min manatını investisiyadan mərkəzləşmiş qaydada istifadə edən nazirliklərin payına düşür. Bu da əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 2,4 dəfə çox təşkil etmişdir.
Allahverdi Mirzəyev,
İsmayıllı Rayon Statistika İdarəsinin məsləhətçisi

Şərh Yaz