Bələdiyyələr seçiciləri qarşısında hesabat verir

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən 2017-ci ilin iyul ayı ərzində rayonun şəhər, qəsəbə və kənd bələdiyyələrinin 2017-ci ilin birinci yarımilinin yekunları ilə əlaqədar seçiciləri qarşısında hesabat yığıncaqları keçirilmişdir.
Bələdiyyələr seçiciləri qarşısında hesabat verir
Bələdiyyələr seçiciləri qarşısında hesabat verir      Hesabat yığıncaqlarında bələdiyyələrin seçicilər qarşısında altı aylıq hesabatları dinlənilmişdir. Hesabat yığıncaqlarında 2017-ci ilin birinci yarımili ərzində bələdiyyələrin gördüyü işlər geniş müzakirə olunmuş, çatışmazlıqları, nöqsanları yaradan səbəblər təhlil olunmuş, nöqsanları aradan qaldırmaq üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Hacıhətəmli, Aşıqbayramlı, Qalagah, Ruşan, Tircan, Topçu, Keyvəndi və Qalınçaq bələdiyyələrinin ərazisinə daxil olan kəndlərdə içməli suya olan tələbatın həll edilməsi, Kürdmaşı, Brovdal, Cülyan-Müdri, Tircan, Keyvəndi bələdiyyələrinin ərazilərində kənddaxili yolların təmir olunması, Təzəkənd, Lahıc, Topçu, Qalagah, Mollaisaqlı bələdiyyələrinin ərazilərində olan yararsız elektrik dirəklərinin dəyişdirilməsinin vacibliyi müzakirə edilmişdir. Vətəndaşların bələdiyyələrə olan vergi borclarının ödənməsi, qanunsuz zəbt olunmuş torpaq sahələrinin açılıb buraxılması əsas müzakirə edilən məsələlər olmuşdur. Seçicilərə Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi, Mülki Məcəllə, Torpaq Məcələsi və bələdiyyələrə aid qanunlarda edilmiş dəyişikliklər, eləcə də vergilərin ödənilməsindən boyun qaçıran vergi ödəyicilərinə vergilərin vaxtında ödənilməsinın vacibliyi izah edilmişdir. Mövcud problemlərin həllinə növbəti hesabat dövrünədək aidiyyəti idarə və təşkilatlar birgə faəliyyəti nəticəsində nail olmaq bələdiyyələrin qarşısına qoyulmuş əsas vəzifələr hesab edilmişdir.
2017-ci ilin ilk altı ayı ərzində hesabat yığıncaqlarının hazırlanıb keçirilməsində Diyallı, Aşıqbayramlı, Mollaisaqlı, Qalacıq, Gəraybəyli, Cülyan-Müdri, Lahıc, Təzəkənd, İvanovka və Sumağallı bələdiyyələri daha fərqlənmişdir. Rayonumuzun bütün bələdiyələrinin fəaliyyəti seçiciləri tərəfindən qənaətbəxş qiymətləndirilmişdir.
Ehtiram Manafov

Şərh Yaz