Kənd təsərrüfatının inkişafının prioritet istiqamətləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2017-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə rəhbəri kənd təsərrüfatının müxtəlif sahələri barədə ayrılıqda təhlillər aparmış, son illərdə rayonumuzda da istehsalı bərpa edilmiş sahələrdən olan – baramaçılıq, tütünçülük, fındıqçılığın inkişafının əhəmiyyətini qeyd etmiş, hal-hazırda respublikada 38 böyük aqroparkın yaradılması istiqamətində işlərin getdiyini bildirmişdir.
Kənd təsərrüfatının inkişafının prioritet istiqamətləri
Kənd təsərrüfatının inkişafının prioritet istiqamətləri
Kənd təsərrüfatının inkişafının prioritet istiqamətləri
Kənd təsərrüfatının inkişafının prioritet istiqamətləri
Kənd təsərrüfatının inkişafının prioritet istiqamətləri
Kənd təsərrüfatının inkişafının prioritet istiqamətləri
Rayon üzrə mövcud olan 207372 hektar torpaq sahəsinin 113973 hektarını kənd təsərrüfatı təyinatlı torpaq sahələri təşkil edir. Həmin torpaqların 32914 hektarı əkin, 1800 hektarı çoxillik əkmələr, 351 hektarı dincə qoyulmuş, 2427 hektarı biçənək, 50895 hektarı örüş, 25586 hektarı isə yay otlaq sahələridir.
2017-ci ilin məhsulu üçün ötən ilin payızında 21609 hektar sahədə buğda, 6640 hektar sahədə arpa, 137 hektar sahədə çovdar olmaqla cəmi 28386 hektar sahədə əkin aparılmışdır. Cari ilin yazında isə əvvəlki illə müqayisədə 1351 hektar çox, yəni 4347 hektar sahədə yazlıq bitkilər əkilmişdir.
Payızlıq və yazlıq səpinlərə 650 tondan çox fosforlu gübrələr verilmiş, Aqroservis rayon filialı tərəfindən 674 ton, “Aqrokimya” MMC tərəfindən isə 800 ton azotlu gübrələr; 6500 kiloqram müxtəlif çeşidli herbisid gətirilmiş və istifadə edilmişdir. 20 min hektardan çox ərazidə yabanı vələmirə və alaq otlarına qarşı mübarizə tədbirləri aparılmışdır. Becərdikləri 26401 hektar əkin sahəsinə görə 7662 nəfər istehsalçıya 1 milyon 998 min manat yardımın verilməsi ilə əlaqədar sənədlər hazırlanaraq Respublika Komissiyasına təqdim olunmuşdur. Yaxın günlərdə ayrılan vəsaitin istehsalçılara verilməsi təmin olunacaqdır.
09 iyun 2017-ci il tarixdən rayon ərazisində taxıl biçininə başlanılmışdır. Bu günə qədər rayon üzrə 26915 hektar sahədə biçin aparılmış, 99361 ton məhsul istehsal olunmuş, hər hektardan 36,9 sentner məhsuldarlıq əldə olunmuşdur ki, bu, rayon tarixində ən yüksək məhsuldarlıq göstəricilərindəndir.
İyul ayının sonuna kimi rayon ərazisində taxıl biçininin başa çatması və 103 min ton taxıl istehsalı gözlənilir. Yazlıq dənli-paxlalı bitkilərin toplanışına başlanıldıqda bu göstəricinin bir qədər də yaxşılaşacağı gözlənilir.
Göründüyü kimi cari ildə çox yüksək məhsuldarlıq əldə olunmuşdur. Bu uğurların qazanılmasına səbəb dövlət təminatıdır. Aqrar sahənin inkişafına həmişə dövlətimiz tərəfindən çox böyük diqqət və qayğı göstərilir, ardıcıl Dövlət Proqramları qəbul olunur, istehsalçılara dövlət büdcəsinin vəsaiti hesabına yardımlar, subsidiyalar, güzəştli qiymətlərlə gübrələr, lizinq yolu ilə texnikalar, damazlıq heyvanlar, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə aşağı faizlə kreditlər verilir. Əkinçiliklə məşğul olan hüquqi və fiziki şəxslər torpaq vergisi istisna olmaqla qalan bütün vergilərdən azad olunmuşlar.
01 iyul 2017-ci il tarixə rayon üzrə 51485 baş iri buynuzlu, o cümlədən 23698 baş ana mal; 178876 baş qoyun-keçi; 209 baş donuz mövcuddur. Ötən 6 ay ərzində rayon üzrə 2658 ton ət, 17550 ton süd, 7 milyon 479 min ədəd yumurta, 398 ton yun, 2848 kiloqram barama istehsal olunmuşdur. Bütün göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.
Ölkə rəhbərinin tapşırığına əsasən ötən ilin payızından etibarən rayonumuzda 2 min hektar sahədə yeni fındıq bağlarının salınması istiqamətində tədbirlər həyata keçirilməyə başlanılmış, bugünə qədər 601 ha sahədə yeni fındıq bağı salınmışdır. Fındıq bağlarının salınması ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayon qərargahı yaradılmışdır. Qərargah tərəfindən görülən işlər nəzarətdə saxlanılmış və fındıq bağı salan istehsalçılara lazımi məsləhətlər verilmişdir.
2017-ci ildə rayonun Qurbanəfəndi, Topçu, Qalınçaq, Təzəkənd, Diyallı kəndlərində 15 hektar sahədə tütün əkilmişdir. Tütün əkini zamanı 15 hektar sahəni şitillə təmin etmək üçün Şəki şəhərində fəaliyyət göstərən “İlham M” MMC-dən “İmmune” növlü tütünün toxumu gətirilmiş, Topçu, Təzəkənd, Qalınçaq kəndlərində təşkil edilmiş istixanalarda səpini təşkil edilmişdir. Kəndlər üzrə tütün əkəcək istehsalçılar müəyyən edilmiş, istehsal olunmuş tütün satışı üçün “İlham M” MMC-lə istehsalçılar arasında müqavilələr bağlanılmışdır. Hal-hazırda sahələrdə tütün dərimi davam etdirilir.
03 may 2017-ci il tarixdə rayon Kənd Təsərrüfatı İdarəsi tərəfindən Qax Damazlıq Baramaçılıq Təsərrüfatından 120 qutu (2280 qram) tut ipəkqurdu gətirilərək 21 inzibati Ərazi Dairəsi üzrə 53 kümçüyə paylanmışdır. Tut ipəkqurdu paylanan zaman rəsmi akt tərtib olunmuş, “Şəki-İpək” ASC ilə kümçülər arasında alqı-satqı müqavilələri bağlanılmışdır.
07 iyun 2017-ci il tarixdən etibarən hazır baramanın “Şəki-İpək” ASC-yə təhvil verilməsinə başlanılmışdır.
Kümçülər tərəfindən istehsal olunmuş baramanın vaxtında və itkisiz təhvil verilməsi məqsədilə “Şəki-İpək” ASC-nin tədarükçüləri lazım olan günlərdə rayonumuza dəvət olunmuş və 2848 kiloqram barama kümçülərin özlərinin iştirakı ilə təhvil verilmişdir. İstehsal olunmuş baramanın dəyərinin 10902 manatının kümçülərə ödənilməsi təmin olunmuş, 13576 manat subsidiyanın verilməsi ilə bağlı sənədlər hazırlanaraq Respublika Komissiyasına təqdim olunmuşdur.
Barama yetişdirilməsinə Mollaisaqlı, Qalınçaq, Cülyan, Kəlbənd, Xanagah İƏD-i üzrə nümayəndəliklərin kümçüləri xüsusilə fərqlənmişlər.
Cari ildə Talıstan kəndində 95 hektar, Kürdmaşı kəndində 100 hektar, İsmayıllı şəhəri ərazisində isə 5 hektar olmaqla cəmi 200 hektar sahədə intensiv becərmə texnologiyalarını özündə birləşdirən sənaye üsulu ilə daha məhsuldar (super-elit və elit) kartof əkini aparılmışdır.
Rayonumuzda açıq sahə tərəvəzçiliyi ilə yanaşı örtülü torpaq-istixana tərəvəzçiliyi də inkişaf etdirilir. Hal-hazırda rayon ərazisində 67 təsərrüfatda tərəvəz və çiyələk istixanaları mövcuddur.
Diyallı kəndində dəyəri 120 min manat olan böyürtkən, moruq və göy qarağat giləmeyvələrinin yetişdirilməsi üçün örtülü, lakin soyuq parnik təsərrüfatı təşkil edilmişdir. Bitkilərin əkin materialları Ukraynadan gətirilmişdir. Bu təsərrüfatda 4,4 hektar ərazidə giləmeyvə istehsalı üçün zəruri olan xeyli iş görülmüş, 1 hektar ərazidə 40 ədəd istixana tikilmişdir. Hal-hazırda əkin materialının yerə köçürülməsi davam etdirilir.
Kürdmaşı kəndində “Buta” şirkəti tərəfindən istehsal olunmuş məhsulların saxlanılması üçün kameranın tikintisi başa çatmaq üzrədir. Burada meyvə-tərəvəz məhsullarının emalı və çeşidlənməsi də həyata keçiriləcəkdir.
Bundan başqa Kürdmaşı kəndində 12,5 milyon manat dəyəri olan ən müasir aqroparklardan birinin tikintisi üçün torpaq sahəsi ayrılmış və bu istiqamətdə tədbirlər davam etdirilir.
Rayonda ənənəvi sahə hesab edilən və əhalinin gəlir mənbəyi olan meyvəçilik də inkişaf etdirilir. 2017-ci ilin yaz mövsümündə Kəlbənd kəndində 7 hektar sahədə xaricdən gətirilmiş, Qalınçaq kəndində isə 4,7 hektar sahədə müxtəlif meyvə sortlarından ibarət yeni intensiv meyvə bağları salınmışdır. Qubaxəlilli kəndi ərazisində 40 hektar qoz bağı salınmışdır.
2017-ci ilin yaz aylarında Kürdmaşı kəndində fəaliyyət göstərən “Kənd” MMC tərəfindən 25 hektar sahədə filloksera zərərvericisinə davamlı süfrə sortlardan ibarət yeni üzüm bağı salınmışdır.
Hal-hazırda Keyvəndi kəndində “Azza-aqro” şirkəti tərəfindən 1500 başlıq müasir heyvandarlıq kompleksinin tikintisi istiqamətində işlər davam etdirilir. Artıq sağıcı evi, inzibati bina, ilkin variantda 300 başlıq heyvanların saxlanılması üçün tövlə tikilib istifadəyə hazır vəziyyətə gətirilmişdir.
2017-ci ilin ilk 6 ayı ərzində 2082 baş heyvanda süni mayalama aparılmış və 873 baş sağlam bala alınmışdır.
Doğulmuş hər baş cins buzova görə dövlət büdcəsinin vəsaiti hesabına fermerlərə 44600 manat vəsait ödənilmişdir.
Əminliklə deyə bilərəm ki, rayonumuzun iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin daha yüksək göstəricilər qazanması yolunda bütün qüvvə və bacarığımızı bundan sonra da əsirgəməyəcəyik.
Həsən Həsənov,
İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi

Şərh Yaz