Turizm inkişaf edir

10 avqust 2017-ci il tarixdə İsmayıllı rayonunun Tarix -Diyarşünaslıq Muzeyində Vətəndaş Təşəbbüsləri Mərkəzi ictimai birliyi rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təşviqi ilə bağlı dəyirmi masa keçirib. Turizm inkişaf edir
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Vətəndaş Təşəbbüsləri Mərkəzi ictimai birliyinin rəhbəri Г‡ingiz Gülalıyev, birliyin əməkdaşı Bahadur Bilalov və turizm sahəsində çalışan gənclər iştirak ediblər.
Qonaqları salamlayan RİH-nin məsul işçisi Gülnarə Mirzəliyeva bildirib ki, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevrilib. Qeyd olunub ki, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılması qarşıya qoyulmuş məqsədlərdən biridir. Vətəndaş Təşəbbüsləri Mərkəzi ictimai birliyinin rəhbəri Г‡.Gülalıyev layihənin məqsəd və məramı barədə iştirakçılara məlumat verib. “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin məqsədyönlü təbliği və təşviqi ilə bağlı rayonlarda dəyirimi masaların keçirilməsinin “Turizm fəaliyyətinin ekoloji- erqonomik əsasları” dərsliyinin hazırlanmasının əsas məqsəd olduğunu diqqətə çatdırıb.
Bəhruz Xələfov

Şərh Yaz