Fərdi inkişaf təlimləri keçirilib

2016-cı ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan üçün öyrət” təhsil proqramı həyata keçirilir. “Azərbaycan üçün öyrət” Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını dəstəkləyərək keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır.Fərdi inkişaf təlimləri keçirilib              Proqram Bakı şəhəri, Quba, Gəncə, Lənkəran regionlarını əhatə edir. Proqramın 19 aprel 2016-cı il tarixində təhsil naziri, proqramın tərəfdaşları və dövlət nümayəndələrinin iştirakı ilə təntənəli açılış mərasimi keçirilib.
2016-cı ilin 12-21 iyul tarixlərində proqramın “Təhsil avtobusu” adlı Yay Məktəbi keçirilmiş və bu ilk Yay Məktəbi Bakı, Lənkəran, Quba, Şəki və Gəncə şəhərlərini əhatə etmişdir. Yay Məktəbi çərçivəsində şagirdlərə dərslər, fərdi inkişaf təlimləri keçirilmiş və intellektual yarışlar təşkil olunmuşdur. Ümumilikdə, ilk “Təhsil avtobusu” Yay Məktəbi nəticəsində 8 gün ərzində 2000 kilometr yol qət edilmiş, Bakıdan 4 rayon və şəhərin, 12 şəhər və 13 kənd, eləcə də qəsəbə məktəblərindən 200-dən çox şagird cəlb edilmiş, təlimçi və ekspertlər tərəfindən 100 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda –“ öyrədici oyunları keçirilmişdir.
24-31 iyul tarixlərində “Təhsil Avtobusu –“ 2017” Yay Məktəbi respublikamızın 8 rayonunun ( Quba, Cəlilabad, Masallı, Sabirabad, Gəncə, Mingəçevir, Zaqatala, İsmayıllı) ali və orta-ixtisas məktəblərinin tələbələrini də əhatə etmişdir.
31 iyul tarixində “Təhsil Avtobusu –“ 2017” Yay Məktəbi İsmayıllı rayonunda olub. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin əyani şöbə müdiri Azad Şahalıyevin rəhbərliyi altında 20 nəfər tələbə ilə görüş keçirilib.
Yay Məktəbində İsmayıllı rayonunun orta-ixtisas müəssisəsinin tələbələri üçün “Biznesə necə başlamalı?”, “My Future is STEAM”, “Sığortalanan gələcək” mövzularında təlimlər, “Nə? Harada? Nə zaman?” intellektual oyunları keçirilib. Kollecin tələbələri yay məktəbi çərçivəsində keçirilən dərslərdə, fərdi inkişaf təlimlərində və intellektual oyunlarda böyük həvəs və maraqla iştirak ediblər.
Tədbirin sonunda təlim və oyunlarda fəal iştirak edən gənclərə sertifikatlar verilib.
Ayaz Şahalıyev

Şərh Yaz