Peşəkarlıq səviyyəsi artırılır

Dövlət Məşğulluq Xidmətinin rəisi cənab Anar Bədəlbəylinin 13 iyul 2017-ci il tarixli əmrinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, kadr potensialının təkmilləşdirilməsi ilə əlaqədar 25 iyul 2017-ci il tarixdə İsmayıllı Rayon Məşğulluq Mərkəzinin inzibati binasında İsmayıllı, Göyçay, Şamaxı, Qobustan və Ağsu rayonlarının Məşğulluq Mərkəzlərinin direktorlarının iştirakı ilə zona müşavirəsi keçirilib. Zona müşavirəsində təsdiq olunmuş tədbirlər planı müzakirə olunub və tərtib olunmuş suallar direktorlara təqdim olunub.Peşəkarlıq səviyyəsi artırılır       Müşavirədə Dövlət Məşğulluq Xidmətinin işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı sektorunun müdiri Fuad Mehdizadə, yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun müdiri Kamil Həsənov iştirak edib.
Qadir Abduləzizov

Şərh Yaz