Sənaye üsulu ilə moruq yetişdirilir

Diyallı kəndində iş adamı Aqşin Ağayev tərəfindən 4,4 hektar ərazidə istixana təsərrüfatı yaradılıb. İstixanalarda istilik enerjisindən istifadə olunmur, sadəcə parniklərin üzəri polietielen örtüklə örtülüb. Hal-hazırda 1 hektar ərazidə 50 istixana qurulub. Burada moruğun 6 növü yetişdirilir. Əkin materialı İngiltərədən, əkində istifadə olunan kokobit isə Hindistandan gətirilibSənaye üsulu ilə moruq yetişdirilir        Qurulan istixanaların hamısında iş tamamlanıb. Belə ki, əkin aparılıb, suvarma sistemləri quraşdırılıb. İlk məhsulun oktyabr, noyabr aylarında əldə olunacağı gözlənilir. İstehsal olunmuş moruğun daxili bazarda satılması planlaşdırılır.
Payızda böyürtkənin xüsusi növünün də əkilməsinə hazırlıq işləri aparılır.
Layihənin icrasına təxminən bir milyon iki yüz min manat vəsait sərf olunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz