Qol güləşi üzrə rayon birinciliyi

28 iyul 2017-ci il tarixdə İsmayıllı Regional Bilik Evinin binasında Gənclər və İdman İdarəsi, İsmayıllı Regional Bilik Evi və Qol Güləşi Federasiyasının rayon nümayəndəliyi ilə birlikdə qol güləşi idman növü üzrə açıq rayon birinciliyi keçirilib.Qol güləşi üzrə rayon birinciliyi
Tədbiri Bilik Evinin direktoru Sevinc Novruzova açıb. İştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb.
Azərbaycan Milli Elimlər Akademiyasının Folklor İnistutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov da öz növbəsində iştirakçıları salamlayıb və onlara qədim idman oyunlarımız barəsində geniş məlumat verib.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək İsmayıllı idmançılarının gündən-günə artan uğurlarından söz açıb. Qazanılan uğurların biləvasitə ölkə rəhbərliyinin düzgün siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Rayon İcra Hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyeva da çıxışında idmançılara uğurlar arzulayıb.
Açıq rayon birinciliyində 5 rayonun idmançıları iştirak edib. Samux, Zaqatala, Qəbələ, Şamaxı və İsmayıllı rayonundan olan, müxtəlif çəki dərəcəsində qalib gələn idmançılar rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilib.
Səbuhi Əzizov

Şərh Yaz